Azərbaycan Respublikasının parlamenti bir qanun təsdiqləyərək digər müsəlman ölkələrinin alimləri, hətta dini elmlər hövzələrində təhsil almış azərbaycanlı ...
well/Aran agentliyi
Azərbaycan Respublikasının parlamenti bir qanun təsdiqləyərək digər müsəlman ölkələrinin alimləri, hətta dini elmlər hövzələrində təhsil almış azərbaycanlı tələbə və ruhanilər tərəfindən şiəliyin təbliğ olunmasını qadağan edib.
Mediaforum saytının verdiyi məlumata görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 300-cü maddəsinə edilmiş dəyişikliklə bu respublikada müvafiq hakimiyyət orqanlarının razılığı olmadan xaricdə təhsil almış vətəndaşlar tərəfindən Azərbaycan Respublikasında dini mərasim və ayinlərin həyata keçirilməsi qadağan olunacaq.
Habelə Azərbaycan Respublikası vətəndaşlığı olmayan şəxslər tərəfindən bu respublikada dinin təbliği qanunvericiliyin pozulması hesab olunacaq.
Azərbaycan Respublikası Milli Məclisində təsdiqlənmiş yeni qanuna əsasən habelə dini kitab və əşyaların Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanları tərəfindən razılaşdırılmamış mağazalarda satışı qadağan olunacaq.
Habelə Azərbaycan Respublikasından kənarda müvafiq icra orqanlarından icazəsi olmadan bu respublika vətəndaşlarının dini təhsil alması və xarici ölkələrlə din xadimlərinin mübadiləsi qadağan olunacaq.
Azərbaycan Respublikasının parlamenti bu yeni qanunu pozanlar üçün həbsi 5 ilədək və 2000 manatdan 5000 manatadək ağır cərimələr nəzərdə tutub.
Qeyd etmək lazımdır ki, son illər ərzində iranlı Əhli-Beyt məddahları və ruhanilər və Qum Dini Elmlər hövzələrində təhsil almış azərbaycanlı tələbələr Məhərrəm ayı matəm günlərində Azərbaycan Respublikasına gedərək dini təbliğ vəzifəsini icra edirdilər. Azərbaycan Respublikası Milli Məclisində son qanunun təsdiqlənməsi ilə bu təbliğçilərin fəaliyyəti qadağan olunacaq.
Bu elə bir haldadır ki, xristian təbliğçilər, qərbin dini və azğın firqələrin missionerləri, o cümlədən adontistlər, Yahva şahidləri, vəhhabilik, bəhailik, krişna və şeytanpərəstlər Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığı ilə öz təbliği fəaliyyətləri üçün lazımi icazələri alıblar