Tarix : 2011 Nov 16
Kod 26641

İmam Zaman (əc) məscidinin namazqılanları: Azərbaycan Respublikası dövləti şiə fəallarının həbsin...

Doktor Cavanpur: Qədir-Xum bayramı və Məhərrəm ayı astanasında cənab İlham Əliyevin hicab məhbuslarını, o cümlədən AİP sədrini azad etməsi, Azərbaycan və digər region ...
well/Aran agentliyi

 

Doktor Cavanpur: Qədir-Xum bayramı və Məhərrəm ayı astanasında cənab İlham Əliyevin hicab məhbuslarını, o cümlədən AİP sədrini azad etməsi, Azərbaycan və digər region ölkələrin müsəlman xalqının istəklərinə ciddi yanaşması vaxtı gəlib çatmayıbmı?

"Arannews"in məlumatına əsasən, çərşənbə axşamı günü Qədir-Xum bayramı ilə eyni vaxtda Təbrizin İmam Zaman (əc) məscidində  "Azərbaycan Respublikasında şəriət məhkumları" mövzusunda dördüncü silsilə görüşkeçirildi. Məğrib və işa namazlarından sonra yerli əhalinin (Təbriz, Xəlilabad, İnqilab meydanı) də iştirak etdiyi bu toplantıda doktor Cavanpur Qədir-Xum bayramının əhəmiyyətinə işarə edərək dedi: "Tarix boyu izzətli olmaq və vilayətçilik arasında birbaşa əlaqələr olmuşdur. Həzrət Əli (ə) və onun övladlarının vilayətinə inanan, əməli surətdə tabe olan hər bir millət izzətlə yaşamışdır".

O, sözünə davam edərək dedi: "Əgər bu günləri dünyanın ikinci şiə ölkəsi olan Azərbaycanın ermənilər müqabilində izzətinin qorunmamasının şahidi oluruqsa, bunun səbəbi ölkə başçılarının Əmir əl-möminin Əlinin (ə) və Hüseyn ibn Əlinin (ə) vilayətindən uzaq düşməsidir. Neçə illədir ki, Qarabağ ermənilərin əlindədir, amma Azərbaycan dövləti onun azad olması üçün heç bir ciddi addım atmamışdır".

İslam Azad Universitetinin Elm və Araşdırmalar kafedrasının müdiri artırdı: "Bakı dövləti bilməlidir: Qarabağın azad olma yolu məsumların (ə) vilayətinə qayıtmaqdır, onların təlimləri ilə mübarizə yox".

Doktor Cavanpur, Azərbaycan Respublikasındakı hicab qadağasına da işarə edərək dedi: "Təqribən bir ildir ki, məktəblərdə hicab qadağan edilib, etiraz edənlərin hər birini də bir növ  ittihamla zindana göndərirlər. Qədir-Xum bayramı və Məhərrəm ayı astanasında, islami oyanışın bütün İslam ölkələrini əhatə etdiyi bir dövrdə cənab İlham Əliyevin sionistlərdən uzaqlaşaraq, hicab məhbuslarını, o cümlədən AİP sədrini azad etməsi, Azərbaycan və digər region ölkələrin müsəlman xalqının istəklərinə ciddi yanaşması vaxtı gəlib çatmayıbmı?"

Doktor Cavanpur çıxışının sonunda AİP sədrinə 12 il həbs cəzası verilməsini demokratik prinsiplərə və AR konstutusiyasına  zidd olduğunu, tezliklə təşkil olunacaq apelasiya məhkəməsinin öz keçmiş səhvlərini düzəldəcəyinin gözlənildiyini bildirdi.

Həmçinin toplantıda "Hacı Əlikram" sənədli filminin rejissoru Mehdi Nəlbəndi "Şiəlik Azərbaycan Respublikasında" mövzusunda çıxış etdiyi keçən dəfəki söhbətlərinə işarə edərək dedi: "Bu regonun şiələri həmişə acı tale yaşamışlar. Kommunistlərin dövründə şiələrə olan təzyiq özünün ən son həddində idi və müstəqillikdən sonra da bu mövzuda elə bir dəyişiklik olmadı".

Mehdi Nəlbəndi İran İslam İnqilabının qələbəsi ilə eyni zamanda "Azərbaycan Respublikasının xomeyniçiləri" qrupunun formalaşmasına işarə edərək dedi: "Bu qrup və Azərbaycan Respublikasının digər dindarları məcburi vadar edildiyimiz 8 illik müharibədə mərhum hacı Əlikramın öndərliyi ilə heç vaxt iranlı qardaşlarını yaddan çıxarmadılar, qəmimizə şərik olub, sevincimizlə sevindilər".

"Hacı Əlikram" sənədli filminin rejissoru artırdı: "Bu günləri Azərbaycan Respublikası dindarları ağır günləri sınaqdan keçirirlər və hicab kimi islami vaciblərini qorumaq onlara həbs və s. kimi ağır xərclər bahasına başa gəlir. Ona görə də bizim insanlıq və dini borcumuz onları yada salmaq, onların öz  hədəflərinə çatması barədə ən azından dua etməkdir".

Mehdi Nəlbəndi çıxışının sonunda dedi: "Mən inanıram ki, hər yerdə şiə yaşayırsa, gələcək onunladır. Azərbaycan Respublikasında da şiələr bu günləri məzlum olsalar da, ölkənin gələcəyi onların əli ilə qurulacaqdır ".

Tədbirin sonunda iştirakçılar şiə fəallarının Azərbaycan Respublikasında həbsdən azad olmaları üçün dualar etdilər.

  • Yazılıb
  • da (də) 2011 Nov 16