Tarix : 2011 Nov 17
Kod 26660

Anar Qasımlı: ''Qərarla bağlı Ali Məhkəməyə şikayət edəcəyik ''

Bu gün AİP üzvləri və ruhanilərin işi üzrə çıxardığı hökmün apellyasiya şikayətinə ilkin baxış keçirilib
well/Aran agentliyi

 

Bu gün AİP üzvləri və ruhanilərin işi üzrə çıxardığı hökmün apellyasiya şikayətinə ilkin baxış keçirilib

Xəbər verdiyimiz kimi, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə Bakı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsinin AİP üzvləri və ruhanilərin işi üzrə çıxardığı hökmün apellyasiya şikayətinə ilkin baxış keçirilib.

İslamçıların vəkili Anar Qasımlı İslamazeri.az-a verdiyi açıqlamada məhkəmənin qərarından Ali Məhkəməyə şikayət edəcəklərini bildirib. "Proses dekabrın 1-i saat 15:00 təyin edildi. Amma biz qərarla bağlı Ali Məhkəməyə şikayət edəcəyik və yəqin ki, növbəti proses orda olacaq".

Qeyd edək ki, Bakı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsinin 7 oktyabrda çıxardığı qərara əsasən, AİP sədri Hacı Mövsüm Səmədov 12 il, Vaqif Abdullayev 11 il, Fəramiz Abbasov 11 il, Rufulla Axundzadə 11 il 6 ay, Dəyanət Səmədov 10 il, Firdovsi Məmmədrzayev 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər. Zülfüqar Mikayılzadəyə isə 11 il şərti, 5 il sınaq müddətinə iş kəsilib.

HaqqYolu

  • Yazılıb
  • da (də) 2011 Nov 17