well/Aran agentliyi
Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İran İslam Respublikasının dindar, savadlı həkimləri əfqanlının çiynindən qopmuş qolunu yenidən yerinə tikiblər.
Doktor Seyyid Fəzlullah Səccadinin verdiyi açıqlamalara görə, əli qopmuş pasiyentin cərrahiyyə işi 7 saat çəkib. Əgqanlının əlinin qopmasına səbəb iş zamanı səhlənkarlığı olub. Belə ki, o beton mikserinin hərəkətdə olan lentinə həddən artıq yaxınlaşıb və nəticədə qolunu itirib.
Bədbəxtçilikdən hadisə zamanı qopmuş qol mikserin içərisinə düşüb. Odur ki, həkimlər bir müddət simentə bulaşmış qolu təmizlək məcburiyyətində qalıblar.
Hazırda xəstənin vəziyyəti qənaətbəxşdir və əlini tərpədə bilir.