Tarix : 2011 Nov 19
Kod 26679

Qarabağlılar ayağa qalxdı

Salyan rayonun Qarabağlı kəndinin sakinləri kütləvi aksiyaya başlayıblar.
ali/Aran agentliyi

 

Salyan rayonunun sakini Elçin Əziz “Qafqazinfo”ya bildirib ki, rayonun Ən böyük kəndlərindən biri olan Qarabağlının sakinləri Salyan-Şirvan yolunu bağlayıblar. Onun sözlərinə görə, əhali son günlər kəndin işıq və qazının kəsilməsinə etiraz edir. E. Əziz deyib ki, hazırda yüzlərlə avtomobilin qarşısı kəsilib və Salyan-Şirvan yolunda böyük tıxac əmələ gəlib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və icra nümayəndələri gəlib.

Hazırda aksiya davam edir.

  • Yazılıb
  • da (də) 2011 Nov 19