Tarix : 2011 Nov 19
Kod 26680

''Ayıbdır, qarayaxmaları dayandırın''

ali/Aran agentliyi

 

Bəsdirin! Düşmən dəyirmanına su töküb qulluğunda durduğunuz yetər.

Bağışlayan və Rəhm edən Allahın adı ilə!

Hörmətli qəzet redaktorları və yazarları, əvvəlan Səlam və səlamətlik arzulayıram sizlərə bu “Qədr-Xum” bayramı ərəfəsində və Allah-Təaladan bağışlanmaq və şəfaət vasitəçilərindən şəfaət diləyirəm cəmi yazarlara!

Bu, açıq məktubmu deyim vəya sizlərəmüraciətmi deyim, qələməalmamışdan əvvəl Bakı şəhər Ağır cinayətlərədair məhkəməsindərastlaşdığım yazarlara müəyyən, giley-güzarımı etmiş, bəzi qəzet əməkdaşları ilətəcridxananın “şumon”

deyilən “boks”unda təsadüfən tanışlıq nəticəsində və eləcə də 2 aprel vicdan məhbuslarından bəziləri söhbətlərdə də indi açacağım mövzuya toxunmuşdum.

Lakin, son qəzet səhifələrindəki birləşməyə mane ola bilən bəzi yazılarınıza münasibət bildirməyi özumə borc bildim:Belə ki, mən və mənimlə həbs edilən hörmətli qardaşlar hakimiyyətin zəifliyi və qorxaqlığı dönəmindən, sifarişli “silah-sursat, terror, hakimiyyəti zorla devirmək və s.” ittihamlarına məruz qalıblar. Bizdən qabaq da,sonra da onlarla dindar qardaşlar qondarma,böhtan ittihamlarla həbs ediliblər. Və eləcə də bizdən qabaq və sonra qəzet redaktorları, muxalifət liderlərindən bir neçəsi və fəallar böhtan, yalan dolu ittihamlara məruz qalıb zindana salınıblar.

Bu hakimiyyətin tutulanlardan həm qorxmaqlığını göstərir həm də dünyanın əməl qüdrətlərinin himayəsi ilə öz hakimiyyətini uzatmağı, bunda yəni, azad fikir,azad toplaşmaq, tənqid və i.a-ıra görə susdurmaqla, xalqı vəhşətdə saxlamaqda görür. Bunlar öz yerində.

İndi keçirəm mətləbə! Hörmətli yazarlar və eləcə də siyasətçilər, dindarların suçu, günahı nə, bunları ya qaralamada ya da gündəmdən çıxartmaqdasız?... Ziyalı forumu sizi niyə rəncidə edir? Niyə qısqanırsınız? Ayıbdır, qarayaxmaları dayandırın. Mən istəmirəm ad çəkim, hansı yazar və ya qəzet hansı sifarişi yerinə yetirir. Lakin bir neçə nöqtələrə toxunmağı özümə borc bilirəm.

Türkiyənin Beynəlxalq “Məzlumder” insan hüquqları müdafiəçilərinə olmazın böhtan və şəbədələr qoşuldu sizin qəzet səhifələrində, bəzi mətbu orqanların yazarları tərəfindən. Üstündən Azərbaycanda fəaliyyət göstərən İnsan hüquq və azadlıqları müdafiəsi təşkilatlarının ünvanlarına:- “İran Ayətullahları, müctehidləri ( mollalar) filan qədər pul veriblər ki, hicab məhbuslarını, islamçıları siyasi dustaq kimi Avropa şurasına təqdim edilsin”

Azərbaycandakı mövcud duruma etiraz edən İran ictimaiyyəti həm Qumda, həm Tehranda, həm Təbrizdə, həm Ərdəbildə və eləcə də Türkiyədə baş verən olaylara geniş, əhatəli yazılara yer ayırmaq əvəzinə bunlara siyasi don geyindirməkdə məqsəd nə?...

Mən siyahını artıra bilərdim və yazarları da, siyasi icmalçıları da açıqlaya bilərdim. Bura Mərcei Təqlidlərin hakimiyyətə tövsiyyələrinə, bəyanatlarına, münasibətinizi də əlavə etsəm, sizin ya dindən, İslamdan, Qurandan xəbərsiz olmağınız qənaətinə gəlinə bilər, ya da ( bu beledir ki, var) tarixi “ağalar”ınızın sifarişçiləri olmağınız məlum olar.Son Ziyalı forumunu da, bəzi qəzetçilər, mən deyərdim ki, qısqanclıq, gözü götürməməzlik və “görünməyən əllər” tərəfindən istiqamətləndirilərək gözdən salmaq siyasətini yürüdür fikrinə gəlmək olar!

Bəsdirin! Düşmən dəyirmanına su töküb qulluğunda durduğunuz yetər.

Sonda özümü daha da sizəaydınlığı ilətanıtdırmağı borc bilərək, sizləri tövbəetməyə, şeytana uymamağa, Azərbaycan xalqını gələcək bəlalardan mühafizəyolunda qol çırmayıb birliyətəşəbbüs göstərməyəçağırıram.

Mən Axundzadə Ruhullah Höccətullah oğlu Astarada dünyaya göz açmış, ana türkü azərisi, ata talış olan, Şah İsmayıl Xətainin dövründən bəylik edən ( istər nəsil istərsə toxum tərəfdən) ailədənəm. Özüm politexniki bitirmişəm. Heç bir vaxt heç bir partiyanın üzvü olmamışam. Atam da, qardaşlarım da, babalarım da elə 1937-ci il repressiyasına məruz qalmış tayfadanam.

1988-ci il noyabr xalq hərəkatının cənub iştirakçısı və 18 noyabrda Astaradakı etiraz mitinqinə cəmiyyətin təkidi, tələbi və kütləvi səsverməsi ilə xalq hərəkatına rəhbərlik etmişəm.Və demokratik Azərbaycan bayrağı cənubda ilk dəfə mənim əlimdə dalğalanıb. Bakıya 3 avtobusla yemək, odun və digər lazımı ərzaq və ləvazimatlar azadlıq meydanına mənim rəhbərliyim və şəxsi iştirakımla çatdırılmışdır. Biləsuvar ( o vaxt Puşkin) sərhəd ərazisində baş verən qalmaqalın şahidi və orada tribunada söz yiyəsi olmuşam. Lakin Xalq cəbhəsi üzvü olmamışam. Müstəqilliklə bağlı referendum üçün Astarada mənim qədər imza toplayan olmayıb. Bunlara görə nə şöhrət, nə də rəyasət sevdasında olmamışam. Təəssüflər olsun ki, hakimiyyət öz yerində, muxalif partiyalar, müstəqil qəzet yazarları indiyə kimi bir dəfə də olsun Astaradakı xalq hərəkatına, etiraz aksiyasına nə toxunmayıb, nə də bizlərin rəşadəti, zəhməti quru sözlərlə belə qiymətləndirilməyib, heç yada da düşməmişik. Bu yazıdan istifadə edib bütün xalq hərəkatı iştirakçılarını 23 illik dönəm münasibəti ilə təbrik edir və arzu edirəm ki, o günlərin vəhdaniyyətini Allah-təala yenidən bizə qismət eyləsin.Amin!

1993-cü ildə İslam partiyasına daxil olmuşam.1994-cü ildən bu partiyanın Astara rayon komitəsinin sədriyəm.1995-ci ildən həm partiya rəhbərləri, həm də cənabınız siyasi repressiyalara, sifarişli həbslərə məruz qalmışıq. Belə ki, 1996-cı ildən 2000-ci ilə kimi bir neçə dəfə həbs edilsəm də, sonda hüquqlarımı qoruya bilmiş və ya vəkilimin dönməzliyi, inadkarlığı və biliyi ilə qələbə əldə etmişik. 2001-ci ildən “siyasi əqidəsinə görə təqib olunan” statusu qazanmışam. Hal-hazırda Strasburqda insan haqları məhkəməsində maddi və mənəvi ziyana görə iddiam icraatdadır. Və eləcə də siyasi partiyaların Astara Rayon Təşkilatı və ya komitələrinin üzvləri, liderləri də məni bir mübariz, orator, ədalətli şəxs kimi tanımaqla mövcud hakimiyyətin xalqa verdiyi sağalmaz yaralara, haqsızlığa ciddi yanaşaraq sərt və demək olar ki, yerində, zamanında çıxışlarım, etiraz və bəyənatlarım cəmiyyət tərəfindən eşidilib və rəğbətlə qarşılanıb. Siyasi-ictimai təşkilatların rayon koordinası mərkəzinin yaradılması təşəbbüsü mənim tərəfimdən 2002-ci ildə irəli sürülsə də ömrü az oldu.Belə ki, bəzi aparıcı müxalifət partiya rəhbərlərinin ya qısqanclığı ya “gizli” tapşırıq (məlum məsələdir ki xaricdən) alması ilə bu birliyə qoşulmamış, sonra da o vaxtkı Azərbaycan Demokrat partiyası rayon təşkilatının təxribatı ilə (görünən bu, görünməyəni Allah bilir) bu birlik dağıdıldı.

2002-ci ildən çıxışlarım, yazılarım heç bir qəzetdə, heç vaxt işıq üzü görə bilmədi. Lakin 1996-2001-ci illərdə “Bu gün”, “525”, “Rezonans”, “Üç nöqtə”, “Azadlıq” kimi qəzetlər kəskin məqalə və yazılarıma yer vermiş, cənub problemləri barədə geniş məlumat verə bilmişəm....

İndi sual ortaya çıxır, bu gün həbs edilənlərin heç bir günahı, suçu yox ikən, görəsən nəolub bəzi qəzet rəhbərlərinə, yazarlara? Ki, sifarişli, qanqaraldan, əsassız ittiham vəsensasiya xatirinə, hansısa hüquq müdafiəçilərinəşərr atır, Mərcei təqlidləri hallandırır, yaxın qonşu ölkələrləmunasibətlərəkölgəsalır vəeləcədədindarları, hicab məhbusları da daxil olmaqla, vicdan məhbuslarından ayırmaq fikrinəvəən əsası isəAzərbaycan ictimaiyyətinin birliyəehtiyaclı olduğu dövr, zamanda belə“sifarişləri” həyata keçirməyəməhkum olublar? Bu vəeləcədətoxunmadığım bəzi məsələlərə( Bunlar Azərbaycanda yayımlanan KİV-dəaçıqca gedən məqaləvəeləcədəköşəyazılarında tam şəffaflığı ilədərc olunan məqalələri əhatəedir) aydınlıq gətirmək qalır yazarların boynuna vəeləcədəsağlam düşüncəli siyasi icmalçılarla ictimaiyyətin öhdəsində.

Sizdən yazım ilə müvəqqəti ayrılıram, biz hicab və vicdan məhbusları Kürdəxanı təcridxanasında və ya kalonlarda bir əqidə və amal uğrunda birləşmişik. Bu yol Azərbaycanımızı demokratik görmək və milli, dini adət ənənələrimizi qorumaq ən ümdə vəzifəmiz olmaqla, işıqlı, nurlu gələcəyə aparan əsas yol olmalıdır.

Sonda oxucuları və eləcə də qəzet rəhbər və yazarlarını maraqlandıracaq suala: “Niyə qəzet və yazarların, siyasi icmalçıların adları qeyd olunmayıb...?” cavabım: “Görünən kəndə nə bələdçi” və həmçinin ən əsas amalım birləşməyə yönəlik olduğundan qeybət etmək istəməmdir. Düşünürəm ki, belə qınaq və tənbeh, mümkündür ki, “papağını qabağına qoyub” nəticə çıxarmağa səbəb ola bilər. Bir də ki, “böyük şeytan”ların parçala hökm sür olduğundan Azərbaycan-Rusiya, Azərbaycan-İran, Azərbaycan-Türkiyə və eləcə də İran-Türkiyə, Rusiya-Türkiyə, və İran-Rusiya arasındakı isti münasibətlərə kölgə salmaq və aralarında qalmaqal yaratmaq məqsədi ilə çoxlu pul ayırıb və eləcə də proqram tərtib olunub ki, sizlər və bizlər bu oyunun peşkələri olmamaq ən ümdə vəzifəmiz olmalıdır. Sizi və sağlam düşünən Dünya ictimaiyyətini “Böyük şeytan”dan və dəstəsindən qorumağı Allah-təaladan diləyərək, Sizlərə müvəffəqiyyət arzulayıram! Vəssəlam!

Sizədərin hörmətlə: AxundzadəRuhullah Höcətullah oğlu

  • Yazılıb
  • da (də) 2011 Nov 19