Tarix : 2011 Nov 19
Kod 26681

Aşura Müsəlmanların dirçəlişidir

ali/Aran agentliyi

 

Azərbaycanda kim istəyir olsun Prezident və ya Elmar Vəliyev kimiləri müsəlmanların Aşura yürüşünü əngəlləyə bilməz

Azərbaycanda kim istəyir olsun Prezident və ya Elmar Vəliyev kimiləri müsəlmanların Aşura yürüşünü əngəlləyə bilməz .

Məhərrəm ayında hər müsəlman dedi-qodu, münaqişə, kimisə incitmək, xətrinə dəymək kimi əməllərdən çox uzaq olmalıdır. Habelə, söz-söhbət, münaqişə, incimə, küsməyə səbəb olacaq fitnədən də uzaq durmaq gərəkdir.

Unutmayın ki, Aşura günü İmam Hüseyn (ə) və onun 72 tərəfdarı Kərbəla düzündə şəhid oldu. Həmin gün İslam dinində həm matəm, həm də İslamın qələbə çaldığı gündür. Həmin gün İslamın necə böyük din olduğunu göstərir. Ancaq bu gün Azərbaycanda Aşura günü yürüşə çıxan müsəlmanların yürüşü qadağan olunur.

Müsəlmanlar gözəl şəkildə bilirlər ki,Aşura gününün ən önəmli mövzularından biri budur ki, insan gərək Aşuranın niyə baş verməsi barədə düşünsün. Necə oldu ki, Aşura baş verdi? Peyğəmbərimizin (s) vəfatından az bir vaxtdan sonra, ümmət necə olur ki, Peyğəmbərin (s) özündən bildiyi, onun haqqında ən ali sözlər söylədiyi bir şəxsi İmam Hüseyn(ə.s)i qətlə yetirmək halına gəlir?

Dəyərli mütəfəkkirlərin nəzərində, bu hadisənin baş verməsinin ən ciddi və əsas səbəbi budur ki, bu gün Azərbaycandakı kimi toplumda fəal şeytanlarla lal şeytanlar ittifaqa girmişdilər. Lal şeytanların fəal şeytanlarla ittifaqı nəticəsində Aşura baş vermişdi. Fəal şeytanların kim olduğu bəllidir. Misal üçün, günümüzün fəal şeytanları bu adamlardır ki, onlar İslamın atributlarının aradan getməsi üçün can-fəşanlıq edərlər. Heç bunlardan o qədər də tələb olunmaz, onlar özləri bu məsələlərdə fəallıq göstərərlər.

Fəal şeytanlar birdən-birə gəlib fəal şeytan olmur. Öncə bir qarınlıq zülm edir. Zülm edir ki, bir qarınlıq çörəyini təmin etsin. Sonra dünyanın cəzzabiyyəti onu özünə tərəf dartır. Qanına haram daxil olandan sonra, hansı zülm istənilirsə, onu da edir. Fəal şeytanların sayı çox az olar. Amma, bu fəal şeytanların öz işlərini görməyə imkan verənlər - lal şeytanlardır. Fəal şeytanların fəaliyyət göstərməsi üçün münbit şərait yaradan böyük sayda lal şeytanlar olur.

Lal şeytanlar kimlərdir? Lal şeytanlar onlardır ki, onların heç qəlblərində də fəal şeytanların işlərinə etirazı yoxdur. İnsanın gərək heç olmasa qəlbində bir etirazı ola, bir narahatçılıq keçirə.

«Camaat! Allahın peyğəmbəri buyurmuşdur: “Kim Allahın haramını halal edən,Allahın əhdini sındıran, Peyğəmbərin (səlləllahu əleyhi və alih) qanun və sünnəsinə müxalif olub Allahın bəndələri arasında günah, fəsad və düşmənçilik edən bir hökmdarla üzləşsə və bu cür bir hökmdara qarşı əməli, hərəkəti və ya sözü ilə e’tiraz etməsə, Allah (sükut edən) həmən şəxsi o hökmdarın düçar olacağı əzaba (Cəhənnəm əzabına) düçar edər.Deməli bizlər susduqca küfrün böyüməsinə imkan yaratmış oluruq.Küfr insanların tarix boyu tək düşüncəsi Allahın dininə qarşı savaş açmaq və onu istədikləri şəkildə yozmaqdır.

Bu gün Demokratiya adı altında Azərbaycanda hakimiyyəti idarə edən demək yalnış olduğundan ,hakimiyyəti ələ keçirən şəxslərin sarayının gözəl görünüşlü olması,iqtidarda olan qüvvələrin camaatın haqqını kəsib böyük saraylar düzəltməsi, keşikçilər-polislər təşkil etmək,ə’yan-əşraf toplamaq və nəhayət müxalif qüvvələri tutub həbs etmək,Allahın dinini yaşayanlara əngəl olmaq, sürgünə göndərmək və ya öldürmək kimi əməlləri bizə Müaviyə və Yezidin hakimiyyətini o cümlədəndə etdiklərini xatırladır və həmçinində özündə əks etdirir.

İslam Peyğəmbəri (s) buyurur: “İmam Hüseynin (əs) şəhadət günü şeytanların ən böyüyü (lən) digər şeytanlara (lən) söyləyir: “Aşura vaqeəsi haqqında insanlara şəkk-şübhə və tərəddüd yaratmaq üçün insanların arasına gediniz””.

Həzrət Peyğəmbər bizi xəbərdar edir ki, küfrün rəhbərləri, zülmün, zəlalətin ardıcılları əllərindən gələn hər bir şeyi edəcək ki, İmam Hüseynin (əs) nişanələrini, onun təzahürlərini, Əba Əbdillahın (ə) mədəniyyətinə aid olan hər bir məsələsi aradan aparsın. Elə günümüzdə də görürük ki, çalışırlar. Bu xəbərdarlıq zamanımızda xüsusilə parlayır, özünü göstərir. Peyğəmbərimiz (s) bizləri həm də müjdələyir. Xəbərdarlıqda deyilir ki, zəlalətin ardıcılları hər şey edərlər. Amma nəticə bir olacaq.

Nəticə budur ki, bütün dünya Hüseyndən (əs) danışır. Tək Kərbəla deyil, tək Nəcəf deyil, tək Bakı deyil, tək Əhli-beyt (ə) sevən məmləkətlər deyil, bütün dünyada “Hüseyn-Hüseyn!” (ə) şüarları ucalır. Nə qədər bu məsələnin üstünə gedilir, daha da Hüseyn (ə) tanıyanların sayı artır. Əziz İslam Peyğəmbəri (s) bizləri məlumatlandırır ki, narahatlığımız olmasın, öz üzərimizə düşən işlərimizi görək.

Bəli bu gün Azərbaycanda kim istəyir ,olsun Prezident və ya Elmar Vəliyevlər kimiləri müsəlmanların Aşura yürüşünü əngəlləyə bilməz və bunu etmək istədikləri zaman nə ilə qarşılaşacaqlarınıda çox gözəl bilirlər.Sonda bizlər Allahın buyurduğu şəkildə hərəkət etsək bu zülmlərdən tez bir zamanda qurtaracağımıza inşallah deyirəm.

  • Yazılıb
  • da (də) 2011 Nov 19