عادلی/Aran agentliyi
Hara gedir o pullar?
Azərbaycanda neft buruqları, XİX əsrin sonu Azərbaycan neftinin tarixi kökləri çox qədim dövrlərə gedib çıxır. Ərəb tarixçiləri Abşerondakı iqtisadi həyatın qədimdən neftlə bağlı olduğunu göstərmiş, Bakının neftli torpağı, Abşeronun "ağ" və "qara" nefti haqqında məlumat vermişdir.
İtaliyan səyyəhı Marko Polo (XIII-XIV əsrlər) Bakı neftinin yaxın Şərq ölkələrinə aparılması, alman diplomatı və səyyahı Adam Oleari (XVII əsr) Bakıdakı neft quyuları, türk səyyahı Evliya Çələbi (XVII əsr) neft mədənləri, Orta Asiyaya, Türkiyəyə və Hindistana aparılması və neftin gətirdiyi illik gəlir haqqında məlumat vermişdir.
21-ci əsrdə yaşamağımıza baxmayaraq özümüz öz hakimiyyət rəhbərlərimiz tərəfindən qarət olunuruq.Qarət olunduğumuzu bildiyimiz halda hakimiyyətlə nə üçün barışırıq sualına cavabım budur.Qara Neft bizim sərvətimizdir. Məhz neftimiz qara olduğundan biz qara gündə yaşayırıq.
Danışanda da deyirlər ki, bu qədər gəlirimiz gəlir, iqtisadiyyatımız günü-gündən artır. Neftdən bu qədər pul
” Azərbaycan inhisarçı təzyiqlərdən azad olaraq Bakı-Tiflis-Ceyhan neft kəməri vasitəsilə dünya bazarına gündə təxminən bir milyon barrel neft ixrac edir.Ancaq xalqı zülm və zillət içində yaşayır.Neft ölkəsində neftin qiymətinin baha olmasını görməyən cənab prezidentimizin gözünə, yumurtanın qiymətinin görünməsi gülünc hal deyilmi? “
gəlir, hara gedir o pullar?Maraqlı sualın faciəli cavabı: Gəlirin böyük bir hissəsi bizdə daşa, torpağa çevrilir. Ölkənin əldə etdiyi gəlirin böyük bir hissəsi korrupsiya və rüşvətlə mənimsənilərək elə Azərbaycanın özündəcə torpaq, mənzil alınmasına yatırılır. Bir hissəsinə isə körpülər, yollar salınır, stadionlar tikilir. Daha Şəhidlər Xiyabanlarına da girişiblər bu "qəhrəmanlar" .
Qərb diplomatları hakimiyyətə xidmət etmək üçün pulla ələ alınır, Ramil Səfərovu ömürlük həbsdən qurtarmaq üçün hakimlərin, vəkillərin pulla alınmasına pul xərclənilmir.
Azərbaycan inhisarçı təzyiqlərdən azad olaraq Bakı-Tiflis-Ceyhan neft kəməri vasitəsilə dünya bazarına gündə təxminən bir milyon barrel neft ixrac edir.Ancaq xalqı zülm və zillət içində yaşayır.Neft ölkəsində neftin qiymətinin baha olmasını görməyən cənab prezidentimizin gözünə, yumurtanın qiymətinin görünməsi gülünc hal deyilmi?
Bu vəziyyətdən çıxış yolunu xalq arasında belə dəyərləndirirlər.Camaat deyir ki,əgər Prezident bizə xaricə göndərdiyi neft kəmərindən 15mm boru versə xalq çox yaxşı şəkildə yaşayar.Bunu xaricə göndərdiyi neftlə qiyas etsək bu nəticəyə gəlirik ki, 9 milyon xalqın sərvətini 9 nəfər mənimsəyir. Neftdən gələn gəlir hara gedir?
Nazirlərin cibinə,kef keyfiyyət kəçən onlar,sürünüb acından ölənlər isə biz qara camaat.Bu qədər haqqsızlığa düçar etdikləri Azərbaycan xalqı,Əliyevlərin xalqın sərvətini mənimsəmələrini artıq gözəl şəkildə bilirlər.Sonda xalqın dözümlü olması amili,bu diktaturlara imkan yaradır ki xalqın sərvətini talasınlar.