عادلی/Aran agentliyi
Allah Bilər (şer)
Et şamu qəriban gecəsin yad Hüseyndən
Keçmişsə əgər qəlbinə canan qapısından
Bir gün keçərəm məndə onun can qapısından
İmanlı olanlar keçər iman qapısından
Vardır elə bir sirləri nadan bilə-bilməz
Hər bir şeyi Allah bilər insan bilə-bilməz
Et şamu qəriban gecəsin yad Hüseyndən
Olmuşdu ogün dinimiz azad Hüseyndən
Biz qoymuşuq övladımıza ad Hüseyndən
Bir kimsə bunu bizlərə nöqsan bilə-bilməz
Hər bir şeyi Allah bilər insan bilə-bilməz
Bir xəstə edər həzrəti Abbası ziyarət
Allah ona xatir verər əlbətdə şəfaət
Döndükdə sürər ömrünü illər boyu rahət
Kimnəndir onun dərdinə dərman bilə-bilməz
Hər bir şeyi Allah bilər insan bilə-bilməz
Guyaki gedib gizlənəcək şah elə yerdə
Əzrail ona verməyəcək ah elə yerdə
Bir gündə alar canını Allah elə yerdə
Kim verdi onun ölümünə fərman bilə-bilməz
Hər bir şeyi Allah bilər insan bilə-bilməz
Gəlsin zamanın sahibi vacibdi bu şərtdi
Həsrət məni yandırdı təbib gör necə sərtdi
Gəl sorma mənim dərdimi dərdim elə dərddi
Allahdadı tək çarəsi loğman bilə-bilməz
Hər bir şeyi Allah bilər insan bilə-bilməz
Yəqin götürər ibrəti hər kim məni qandı
Kimlər başa düşmür deyəcəklərki yalandı
Hər müşkülü asan edən Allahdı o xandı
Heç bir qulu bir müşkülü asan bilə-bilməz
Hər bir şeyi Allah bilər insan bilə-bilməz
Vəsfi Nü