Tarix : 2011 Nov 21
Kod 26719

Salyanda yenə etiraz aksiyası

Qarabağlılar icra nümayəndəsi ilə bələdiyyə sədrinin istefasını tələb edib
عادلی/Aran agentliyi

 

Qarabağlılar icra nümayəndəsi ilə bələdiyyə sədrinin istefasını tələb edib

Salyanın Qarabağlı kəndinin sakinləri dünən də aksiya keçiriblər. Rayondan daxil olan məlumata görə, bu dəfə sakinlər kənd icra nümayəndəliyinin qarşısına toplaşıblar. Onlar icra nümayəndəsi Ilham Muradovla və bələdiyyə sədri Teyyub Həsənovun istefasını tələb ediblər.
Kəndə gələn rayon rəhbərliyi sakinlərə tələblərinin yerinə yetiriləcəyini vəd edib. Məlumatda həmçinin deyilir ki, noyabrın 18-də keçirilən aksiya zamanı sakinlərlə sahə müvəkkili əlbəyaxa olub. Bu olaya görə, bir neçə nəfərin həbsi planlaşdırılsa da, sakinlər polisə imkan verməyiblər. Həmçinin bildirilir ki, etiraz aksiyasından sonra kəndin “arxalı” adamlarının da qazı kəsilib. Xatırladaq ki, noyabrın 18-də Qarabağlı sakinləri Salyan-Şirvan yolunu bağlamışdılar. Sakinlərin etirazına səbəb son günlər kəndin işıq və qazının kəsilməsi olub. Özü də təbii qazın verilməsi yalnız sadə vətəndaşlar üçün dayandırılıb.

  • Yazılıb
  • da (də) 2011 Nov 21