Tarix : 2011 Nov 22
Kod 26738

Ayətullah Nuri Həmədani Moskvada həmvətənlərimizlə görüşüb

Çıxışına Azərbaycan dilində başlayan Şeyx Nuri Həmədani azərbaycanlıların Əhli-Beytə(ə) olan məhəbbətindən dolayı onlara təşəkkür edib
عادلی/Aran agentliyi

 

Çıxışına Azərbaycan dilində başlayan Şeyx Nuri Həmədani azərbaycanlıların Əhli-Beytə(ə) olan məhəbbətindən dolayı onlara təşəkkür edib

Rusiyanın paytaxtı Moskvadan verilən xəbərə görə, Rusiyada səfərdə olan Ayətullahul-Üzma Şeyx Nuri Həmədani Moskvada yaşayan azərbaycanlılarla görüşüb. "Otradnı" metrosu stansiyasının yaxınlığında yerləşən və camaat arasında elə həmin adla tanınan məsciddə keçirilən görüşdə İİR-nin Rusiyadakı səfiri Rza Səccadi, İİR-nin Mədəniyyət Mərkəzinin rəhbəri Dr. İbrahimi və azərbaycanlı ruhani Hüccətül-İslam vəl-müslimin Asəf də iştirak ediblər.

Hüccətül-İslam Asəf Rusiyada yaşayan müsəlmanlar adından Ayətullah Nuri Həmədaniyə xoş gəldin deyərək mərcei-təqlidlə görüşü tarixi hadisə kimi qiymətləndirib və çıxış etmək üçün sözü ona verib.Çıxışına Azərbaycan dilində başlayan Şeyx Nuri Həmədani azərbaycanlıların Əhli-Beytə(ə) olan məhəbbətindən dolayı onlara təşəkkür edib. Allah tofiq etdi və mən sizlərlə görüşdüm deyən mərcei-təqlid bildirib ki, Həmədan camaatı türk dilini bilir və bilin ki, mən sizinlə həmzəbanam.Allahın nemətlərindən birinin Əhli-Beytə(ə) məhəbbət olduğunu bildirən mərcei-təqlid sözünə qüvvət olaraq İmam Sadiqin(ə) "Bizim vilayət Allahın böyük nemətlərindir" hədisini zikr edib və bunun qədrini bilməyi tapşırıb.İmam Baqirdən(ə) "İslam beş şeyin üzərində qurulmuşdur: Xüms, namaz, oruc, həcc və vilayət" hədisini zikr edən Ayətullah Nuri Həmədani bunlardan ən üstününün vilayət olduğunu diqqətə çatdırıb.

  • Yazılıb
  • da (də) 2011 Nov 22