Tarix : 2011 Nov 22
Kod 26743

''Amano yalan danışdı''

Yukio Amano İrana heyətin ezam olunması barəsində son təklifində yalan danışdı
ali/aran agentliyi

 

İran İslam Respublikasının Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki daimi nümayəndəsi agentliyin baş direktorunun son hesabatını onun iş gündəliyində qara nöqtə adlandırıb və deyib: Yukio Amano İrana heyətin ezam olunması barəsində son təklifində yalan danışdı.

İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki daimi nümayəndəsi Əli Əsğər Soltaniyyə əl-Aləm telekanalı ilə müsahibədə İranla AEBA-nın əməkdaşlıqlarının gələcəyi barəsində deyib: Əvvəllər texniki və ixtisaslı məsələ olan İranın nüvə məsələsi BMT Təhlükəsizlik Şurasına əks olunduğu zaman, bir neçə qərb ölkəsinin tarixi yanlışlığı , qeyri-məntiqi və əsaslandırılmaz hərəkətinə görə İran İslam Şurası Məclisi hökumətin Nüvə Silahlarının Yayılmamasına dair Saziş çərçivəsində əməkdaşlığını məhdudlaşdırdı.

"Hazırda İranın Nüvə Silahlarının Yayılmamasına Dair Sazişdən çıxması və yoxlamanın aparılması ilə əlaqədarhər hansı mövqeyi yoxdur və AEBA müfəttişləri İranda öz fəaliyyətlərini davam etdirirlər" –deyə Soltaniyyə bildirib.

İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki daimi nümayəndəsi qeyd edib ki, AEBA baş direktoru Yukio Amano bu vəzifədə fəaliyyətə başladığı zamandan lazımi tərəfsizliyə riayət etməyib və öz bəyanatlarında heç vaxt sionist rejimi tənqid etməyib.

Soltaniyyə AEBA baş direktorunun Suriya barəsindəki hesabatına da münasibət bildirib: Amano Suriya barəsində hesabat verdiyi zaman sabiq baş direktorun bütün önəmli qeydlərini öz hesabatından silib. Belə ki,Məhəmməd əl-Bəradei öz hesabatında Suriyaya hücuma görə sionist rejimi kəskin tənqid etmişdi. Çünki bu hücum agentliyin sınaqdan keçirmə sisteminə mane oldu.

  • Yazılıb
  • da (də) 2011 Nov 22