Tarix : 2011 Nov 22
Kod 26746

ABŞ DƏNİZ QÜVVƏLƏRİNİN KATİBİ AZƏRBAYCANDADIR

Səfər çərçivəsində Rey Meybas Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək
ali/aran agentliyi

 

ABŞ-ın ölkəmizdəki səfirliyindən FaktXeber.com-a verilən məlumata görə, ABŞ-ın Dəniz Qüvvələri katibi Rey Meybas Azərbaycanda səfərdədir. Səfər çərçivəsində R.Meybas Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.

Görüşlərdə ABŞ-la Azərbaycan arasında təhlükəsizlik sahəsindəki əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Xatırladaq ki, ABŞ-ın Dəniz Qüvvələri Departamenti iki xidmətdən ibarətdir: Dəniz Qüvvələri və Dəniz Korpusu. Dəniz Qüvvələri katibi milli təhlükəsizlik siyasətinə, Prezident və ya Müdafiə katibi tərəfindən qoyulmuş məqsədlərə uyğun olaraq proqramların təşkilinə və icrasına cavabdehdir.

  • Yazılıb
  • da (də) 2011 Nov 22