Tarix : 2011 Nov 22
Kod 26747

MÜSAVAT DİVANI TOPLANIB

Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin növbəti toplantısının 28 noyabr 2011-ci il tarixində keçirilməsi haqqında razılığa gəlinib
ali/aran agentliyi

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən FaktXeber.com-a daxil olan məlumata görə, yığıncağın əvvəlində Qubad İbadoğlu Brüssel, Milan və Vaşinqton şəhərlərində qatıldığı beynəlxalq tədbirlər haqqında məlumat verdi.

Daha sonra İctimai Palatanın noyabrın 15-də Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında keçirdiyi piket haqqında məlumat dinlənilib və fikir mübadiləsi aparılıb.

Gündəliyin partiyadaxili məsələlər bölümündə Astara və Ağstafa rayon təşkilatlarında keçirilmiş hesabat-seçki konfransları haqqında məlumat verilib. Qurultaya hazırlığın gedişatı haqqında müzakirə aparılıb və müvafiq qərarlar qəbul olunub. Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin növbəti toplantısının 28 noyabr 2011-ci il tarixində keçirilməsi  haqqında razılığa gəlinib. “Müsavat-100” yubiley tədbirləri çərçivəsində şahmat turnirinin keçirilməsi haqqında qərar qəbul edilib və Təşkilat Komitəsi yaradılıb.

İctimai-siyasi vəziyyətlə bağlı məsələnin müzakirəsində yazıçı-publisist Rafiq Tağının bıçaqlanması məsələsi diqqət mərkəzində olub. Divan cinayətkarın təcili tapılması, məsuliyyətə cəlb edilməsini tələb edib və bu məsələ ilə əlaqədar ayrıca bəyanat verib.

Noyabrın 25-də Apellyasiya məhkəməsində Arif Hacılı başda olmaqla bir qrup vicdan məhbusunun şikayətinə baxılacağı qeyd edilib, həmin prosesi diqqətdə saxlamaq tövsiyə olunub.

Divan tanınmış, ictimai-fəal ziyalılara qarşı təzyiqlərin davam etdirilməsinə etiraz edərək, bunun dərhal dayandırılmasını tələb edib.

  • Yazılıb
  • da (də) 2011 Nov 22