Tarix : 2011 Nov 22
Kod 26749

RUSİYADA MÜSƏLMAN PEYK KANALI YARADILIR

Kanalın 2012-ci ilin ikinci kvartalında işə düşməsi gözlənilir
ali/aran agentliyi

 

Faktxeber.com-un verdiyi məlumata görə, Rusiyada prezidenti Dmitri Medvedyevin fərmanı ilə müsəlman peyk kanalının yaradılması yönündə işlərə başlanılıb. Kanalın  2012-ci ilin ikinci kvartalında işə düşməsi gözlənilir.

Bu barədə,Tatarıstan və Rusiyanın tamsəlahiyyətli nümayəndəliyinin iclasında deyilib. Moskvanın ictimai və dini nümayəndələrinin görüşündə paytaxtda milli və dini təhsil məsələləri, yeni məscidlərin tikilməsinin vacibliyi və meqapolisdə millətlərrarası, dinlərarası razılığın qorunması yönümdə müzakirələr gedib.

Tatarıstan Respublikasının  Prezidentinin Dini Quramlarla İş İdarəsinin rəisi  Marat Qatin Tatarıstan  müsəlman təhsilindən danışaraq, bütün respublika üzrə mədrəsələrin vahid proqarmla işlədiyini bildirib: «Tatarıstan – hər zaman millətlərarası və dinlərarası münasibətlərin qorunduğu ərazidir. Kazanda həm məscid, həm də pravoslav kilsəsinin olması bizim dinlərə qarşı hörmətli münasibətimizin göstəricisidir».

İclasda iştirak edənlər həmçinin tikiləcək  yeni Cümə məscidinin  layihəsi ilə də tanış olublar.

  • Yazılıb
  • da (də) 2011 Nov 22