Ali Hərbi Şuranın rəhbəri Hüseyn Tantavi xalqa səslənərək, heç bir zaman iqtidarda qalmaq niyyətlərinin olmadığını bildirib
ali/aran agentliyi
Misirdə Hüsnü Mübarəkin devrilməsindən sonra hakimiyyəti idarə edən Ali Hərbi Şuranın rəhbəri Hüseyn Tantavi xalqa səslənərək, heç bir zaman iqtidarda qalmaq niyyətlərinin olmadığını bildirib.
Xalqın istədiyi təqdirdə öz yerlərinə çəkilə biləcəklərini söyləyən Tantavi, bu mövzuda ediləcək xalq səsverməsinə açıq olduqlarını və bu mənada heç bir tərəddüddə olmadıqlarını bildirib. Tantavi, eyni zamanda silahlı qüvvələrin nümayişçilərə heç bir atəş açmadığını bildirib.