Tarix : 2011 Nov 23
Kod 26780

İran hava qüvvələrinə ''Bavər-373'' sistemi əlavə olundu

Bavər-373 sistemi S-300 raketi ilə eyni qüdrətə malikdir
ali/aran agentliyi

İran İslam Respublikası qoşunlarının Xatəmül Ənbiya (s) havadan müdafiə qərargahının komandanı deyib: Bavər-373 tipli havadan müdafiə sistemi bu qərargaha daxil olub.

İSNA İnformasiya Agentliyinin məlumatına əsasən, general-mayor Fərzad İsmaili dünən Saminəl Hücəc hava manevrinin son günündə deyib: Bavər-373 sistemi S-300 raketi ilə eyni qüdrətə malikdir.

General-mayor İsmaili daha sonra deyib: İran İslam Respublikası S-300 raketi barədə düşünmür və Bavər-373 bəlkə də ondan daha qüdrətlidir.

General-mayor Fərzad İsmaili həmçinin deyib: Havadan müdafiə İranın müdafiə sistemində ön cəbhədə dayanır və vətəni ehtimali hücumlardan müdafiə edir.

4 günlük Saminəl Hücəc (ə) manevri İranın şimal-şərqindəİslam İnqilabı Pasdarlar Korpusu, İran ordusunun təhlükəsizlik qüvvələri, polisi vətəlim görmüş qruplarının iştirakı iləkeçirildi

  • Yazılıb
  • da (də) 2011 Nov 23