ali/aran agentliyi
FaktXeber.com-un "İnterfax"a istinadən verdiyi məlumata görə, Rusiya parlamentinin alt qanadı 2012-2014-cü illəri əhatə edən büdcəni təsdiqləyib. 2012-ci ildə büdcə kəsirinin ümummilli gəlirin 1,5 faizini təşkil edəcəyi, 2013-cü ildə 1,6 və 2014-cü ildə isə 0,7 faiz olacağı bildirilir. 2008-ci il böhranı ilə birlikdə kəsir verməyə başlayan Rusiya büdcəsinin qarşıdakı üç ildə kəsiri olmayacağı bildirilir.
Eks maliyyə naziri Aleksey Kudrinin hazırladığı büdcədə 2012-ci il üçün neftin 1 barrelinin qiyməti 100 dollar səviyyəsində nəzərdə tutulur. 2013-cü ildə 97 dollara düşməsi gözlənilən neft, 2014-cü ildə yenidən yüksələcək və 101 dollara qalxacaq.
Rusiya inflyasiya rəqəmlərində də yeni büdcə ilə xeyli optimistdir. 2011-ci ildə 7 faizə düşməsi gözlənilən inflyasiya rəqəmləri, 2012-ci ildə 5 - 6, 2013-cü ildə 4,5 - 5,5 və 2014-cü ildə isə 4 - 5 faiz səviyyəsinə düşəcək.
2012-ci ildə 11,780 trilyon rubl gözlənilən büdcə gəlirləri, 2013-cü ildə 12,706 trilyon və 2014-cü ildə isə 14,092 trilyon rubla qalxacaq. (1 dollar təxminən 30 rubl səviyyəsindədir - red.)
2012-ci ildə büdcə xərcləri də 12,656 trilyon rubl, 2013-cü ildə 13,731 trilyon və 2014-cü ildə islə 14,583 trilyon rubla yüksələcək.
Hökumət önümüzdəki dövrdə neft və təbii qaz gəlirlərinin büdcədəki payını azaltmağı, digər vergi gəlirlərinin artımını təmin etməyi düşünür.