Tarix : 2011 Nov 24
Kod 26789

Azərbaycan Respublikası islamçılarının çöhrəsini ləkələmək üçün Bakı dövlətinin ssenarisi

Bakı dövləti bu ssenarini planlaşdırmaqla islamçıların çöhrəsini ləkələyə biləcəyini və onlarla qarşılaşmaq üçün bəhanə yaradacağını düşünür
g/arannews

 

"Arannews"in məlumatına əsasən, Bakı dövləti islamofobiya siyasətlərini qarşısına məqsəd qoyduğundan çoxdandır ki, Azərbaycan Respublikası dindarları ilə qarşılaşır. AİP sədri kimi ölkənin nüfuzlu dindarlarınına uzun müddətli həbs cəzası vermək yolu ilə xalqının, xüsusilə də cavanların İslama qarşı hər gün artan təmayülünün qarşısını ala bilmədikdə öz son addımını atdı və gülünc ssenarisi ilə ölkə xalqının yanında islamçıların çöhrəsini ləkələməyə çalışdı. Bakı dövləti bu ssenarini həyata keçirmək üçün beş il bundan öncə Peyğəmbəri (s) təhqir etmiş azəri mürtəd Rafiq Tağıyevə həmlə etməyi planlaşdırdı və şənbə günü (19 noyabr) öz adamları vasitəsilə bunu icra etdi. Hal-hazırda KİV və bəzi dövlət dairələri bu məsələdə islamçıları günahlandırmağa çalışırlar.

Bakı dövləti bu ssenarini planlaşdırması ilə islamçıların çöhrəsini ləkələyə biləcəyini və onlarla qarşılaşmaq üçün bəhanə yaradacağını düşünür. Həqiqət budur ki, AR islamçıları keçən son bir ildə dini məhdudiyyətlərə etirazla yanaşı, hətta vitural aləmdəki fəaliyyətlərində belə hər cür qeyri-qanuni hərəkətdən uzaq olublar. Buna misal olaraq İslam Partiyasının aksiya keçirmək üçün dəfələrlə icra hakimiyyətinə müraciət etməsini və hər dəfə də icra hakimiyyətindən onlara rədd cavabının verilməsindən sonra bu partiyanın səbr etməsini göstərmək olar.

Bakı dövləti islami oyanış ilə eyni zamanda bir tərəfdən həbs edilmiş AİP sədrinin və islamçılıq hərəkatının xalq arasında məhəbbətinin artmasından qorxur, digər bir tərəfdən də islamçılarla qarşılaşmaq üçün heç bir bəhanəsi yoxdur. Çünki bundan qabaq gətirdiyi bəhanələrinin heç bir təsiri olmadı. Ona görə də təbiidir ki, belə bir ssenarini hazırlamaqla islamçılarla qarşılaşmaq üçün bəhanə axtarır.

Ekspertlər belə düşünür ki, PKK və PJAK kimi terrorçu təşkilatların üzvlərinin Azərbaycanın Gəncə şəhərində yerləşdirilməsi xəbərinin yayılması, mediyanın bu məsələyə həssaslıqla yanaşması və İran İslam Parlamentinin bu məsələyə münasibəti Bakı dövlətini çıxılmaz vəziyyətdə saldı. Ona görə də bu ssenarini planlaşdırmaq və onu təqlid mərcələrinin Rafiq Tağıyevin barədə verdikləri fətva ilə əlaqələndirməklə ümumi fikri yayındırmağa və İran xarici siyasət rəsmilərini PKK və PJAK-ın Azərbaycandakı hüzurunu izləməsi fikrindən döndərmək istəyirlər.

Əlbəttə, Bakı dövləti bu ssenarinin planlaşdırılması və icrasında tələskənliyə yol verdiyi üçün bəzi məsələlərə diqqət etməmişdir. O cümlədən, Bakı mediası fəallarının dediklərinə görə Rafiq Tağıyev sionistlərin sifarişi ilə "Avropa və biz" məqaləsini Sənət jurnalında çap etdirdikdən sonra 2006-cı ildən bu vaxta qədər sionist rejimin təhlükəsizlik qüvvələri tərəfindən qorunub. Ona görə də ona həmlə etmək mümkün olmayıb.

Bu mövzuda digər bir məsələ budur ki, istər qərbyönümlü, istərsə də islamçılar tərəfindən keçirilən ən kiçik aksiyada iştirak edənlərin hər birini şəhərdə quraşdırılmış kameralar vasitəsilə araşdırıb tanıyan polis və təhlükəsizlik qüvvələri bu dəfə bıçaqlayan şəxsi tanımağa müvəffəq olmayıb.

Sonda qeyd olunmalı məsələ budur ki, Bakı dövləti AR islamçıları ilə müqabilə etmək məqsədilə gülünc hərəkətlərə əl atmaqdansa, onlarla birləşərək Qarabağı və ölkənin digər işğal olunmuş ərazilərini qaytarmağa çalışsın.

  • Yazılıb
  • da (də) 2011 Nov 24