Bu iki qonşu ölkə pərdəarxası razılaşmalarına əsasən, PJAK terrorçu qrupunu istiqamətləndirməyə aid müəyyən işləri öz aralarında bölüşüblər
g/سرویس جمهوری آذربایجان
"Arannews"in məlumatına görə, bir neçə il öncə PJAK ünsürlərinin Ermənistanda hüzuru və işğal olunmuş Qarabağ ərazilərindən bu dəstənin terror təlimləri keçməsi və istiqamətlənməsi, habelə təşkilatlanması üçün istifadə edilməsi sübuta yetməsinin ardınca, bir neçə gün qabaq bu dəstənin Azərbaycan Respublikasının Gəncə şəhərində hüzuru barədə xəbərlər yayıldı. Bu xəbərin yayılmasından sonra Gəncə camaatı mediyalarla bağlantı yaradaraq, xəbəri təsdiqləməkdən əlavə, dövlət orqanları və təhlükəsizlik qüvvələrinin yüksək rütbəli şəxslərinin Gəncənin Ramada hötelində PJAK rəhbərləri ilə görüşməsi, PKK və PJAK qüvvələrinin Gəncənin müxtəlif məntəqələrində yerləşməsi, Gəncənin iqtisadi nəbzi sayılan mərkəzlərin onların ixtiyarında qoyulması, terrorçu təşkilatının ikinci şəxsi sayılan Murat Karayel Azərbaycana səfəri və Hyatt Regency hotelində yerləşməsi, Bakı restoranlarının birində Azərbaycanın yüksək rütbəli rəsmisi ilə söhbəti barədə yeni məlumatları da üzə çıxardılar.
Azərbaycan dövlətinin mənalı sükutu göstərir ki, iki qonşu ölkə olan Azərbaycan və Ermənistan başçıları öz pərdəarxası razılaşmalarına əsasən, PJAK terrorçu qrupunu istiqamətləndirməyə aid müəyyən işləri öz aralarında bölüşüblər. İndi bu mövzunun üstünün açılmasını gördükdə ümumi fikri yayındırmaq üçün mürtəd azəri yazıçıya həmlə etmək kimi mövzuları planlaşdırırlar.
Əlbəttə, Bakı dövlətinin ölkəsinin 20%-dən yuxarı torpaqlarını işğal etmiş bir ölkə ilə əməkdaşlıq etməsi yuxarıda deyilən əlaqələrlə xülasələnmir, bəzi gizli səfərlər və iki ölkə arasındakı qeyri-rəsmi ticarət əlaqələri bu mövzunu bir daha təsdiq edir.