Tarix : 2011 Nov 24
Kod 26791

Parlamentdə qaçqın-köçkün mövzusunda qalmaqal

Hüseynova etiraz edən İmamverdi İsmayılov iclası yarımçıq tərk etdi
ali/aran agentliyi

Milli Məclisin dünənki iclasında qalmaqal yaşanıb. Yeni millət vəkili seçilən Etibar Hüseynovun qaçqın və məcburi köçkünlərlə bağlı səsləndirdiyi fikirlər onun həmkarı İmamverdi İsmayılovun ciddi etirazına səbəb olub. 

Simsar.az saytının məlumatına görə, Etibar Hüseynov deyib ki, bəziləri mülkləri qoyub qaçıb, indi Bakıda mülk yaradıb, işıq pulunu da vermirlər. Qaçqın rayonunu Zəngilandan deputat seçilən İ.İsmayılov isə etiraz əlaməti olaraq iclas zalını tərk edib.

Məsələyə MM-in vitse-spikeri Bahar Muradova qarışıb. O, tərəfləri sakitləşdirməyə çalışarkən deyib: “Bura Milli Məclisdir, heç kim düşünməsin ki, burada monoloq söyləyir. Məcburi köçkünlər Bakıda yaşamaq istədikləri üçün bura qaçmayıblar, məcburən gəliblər. Azərbaycan vətəndaşları qaçqın düşüb, burada özlərinin dolanışığını təmin edib, iş qurub, mülk yaradıblarsa, onlar bacarıqlı insanlardır. Onlardan kimsə işıq pulunu vermirsə, bu, başqa məsələdir”. 

  • Yazılıb
  • da (də) 2011 Nov 24