Tarix : 2011 Nov 24
Kod 26793

Azərbaycanlı şirkət erməni saytında reklam olunur

Şirkətin rəhbəri vəziyyətə aydınlıq gətirdi
ali/aran agentliyi

Qəzetimizə daxil olan məlumata əsasən, ölkədə fəaliyyət göstərən “Superonline” internet provayder şirkəti erməni saytında reklamını yerləşdirib. Belə ki, ermənilərə məxsus news.am portalına daxil olarkən, rus bölməsində (http://news.am/rus/news/82747.html) adı çəkilən “Superonline” şirkətinin reklamına rast gəlmək olar.
Məsələ ilə bağlı şirkətin rəhbəri Vüqar Quliyevdən aldığımız məlumata görə, “Superonline” həqiqətən də begun.ru portalı vasitəsi ilə reklam yerləşdirib və reklam erməni saytlarında da yer alıb: “Lakin məsələ ondadır ki, bu reklamı yalnız Azərbaycandakı İP ünvanlardan daxil olanlar görə bilirlər, yəni ermənilər bu reklamı görmürlər”.

Şirkət rəhbəri bildirir ki, bu reklama görə vəsait rus saytına ödənilir.

simsar 

  • Yazılıb
  • da (də) 2011 Nov 24