Tarix : 2011 Nov 24
Kod 26794

Qərb Azərbaycana boşanma gətirir-DEPUTAT MƏNTİQİ

Musa Quliyev: ''Qərb mədəniyyətini ailəyə tətbiq etmək pis nəticələr verir''
ali/aran agentliyi

Son illər Azərbaycanda boşanmaların sayında artım müşahidə olunur. Bu, Azərbaycanın beynəlxalq aləmə inteqrasiya olunmasının və Qərbdən gələn dalğanın nəticəsidir.
Bu sözləri Simsar.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib.
O deyib: "Azərbaycan vətandaşları Avropa ölkələrinə gedir, orda təhsil alır, Qərb mədəniyyətini əxz edir. Ölkəyə qayıtdıqdan sonra həmin mədəniyyəti ailələrində tətbiq etməyə başlayırlar. Bu da sonda pis nəticələr verir. Düzdür, Qərb ölkələrində yaşayan insanların vətandaş nigahı var, lakin onların qəbul etdikləri nigah bizim milli mentalitetə uyğun deyil".
Deputat bildirib ki, bu problemin həll olunması üçün hökümət, o cümlədən müvafiq qurumlar lazımi işlər görməlidirlər. Onlar optimal variantlar seçib, maarifləndirici tədbirlər həyata keçirməlidirlər. 

  • Yazılıb
  • da (də) 2011 Nov 24