Tarix : 2011 Nov 25
Kod 26800

Rafiq Tağı artıq Qərbin ateist qüvvələrinə məqalə yazan kimi lazım olmadı

Bir ömür İslama, xalqımızın milli təfəkkürünə, mədəniyyətinə iftira atmaqla Qərbin müəyyən maraqlı dairələrindən pul qoparan Rafiq Tağı artıq Qərbin ateist qüvvələrinə məqalə yazan kimi lazım olmadı
g/arannews

 

Çünki məqalələri iftiradan, böhtandan, təhqirdən o tərəfə keçməyən Rafiq Tağı özü kimilərindən başqa heç kəsin şüuruna, təfəkkürünə təsir edə bilmədi. Və bu belə də olmalıydı. Xalqımız dinsizliyə, milli-mənəvi dəyərlərə düşməncəsinə yad münasibət bəsləyənlərə keçən əsrin sonlarında yox dedi. Lakin görünür, hələ də sovetdənqalma ateizm təfəkkürlü insanlar kimlərsə tərəfindən qurdalanır. Bundan da ən pisi odur ki, həmin qurdalayıcı dairələr artıq bizim bəzi deputatlarımıza – Qüdrət Həsənquliyev kimilərə də yol tapıb. Bu yaxınlarda “Lider” kanalında Rafiq Tağıya “yazıçı” deməsilə Qüdrət Həsənquliyev artıq son zamanlar dindarlara qurulmuş tələlərdə əlinin olmasını bəyan edir. Hələ heç bir hüquqi fakt ortaya çımamış ictimai rəyi çaşdırmaq istəyən Qüdrət bəy Quranı qoyub Şeytana tərəf üz tutmasıyla seçicilərinin əqidəsinə xəyanət edir. Cızma-qarası ziyalı kəsim, intellektual insanlar tərəfindən oxunmayan bir şəxsə “yazıçı” sözünü ağız dolusu ünvanlayan Qüdrət bəy İsmayıl Şıxlılarımıza, Hacıbala Əlizadələrimizə, Anarlarımıza, Elçinlərimizə kölgə saldığının fərqində deyilmi?

Amma mənim Rafiq Tağıya və onun kimilərinə, həqiqətən, yazığım gəldi. Görün nə günə qalmısıznız ki, sizi artıq məqalənizlə reklam etməyi uyğun bilmirlər. Həmin maraqlı dairələr sizə fiziki təsir göstərməklə, həyatınıza qəsd etməklə sizdən sanki birdəfəlik əşya kimi istifadə edirlər. Və bununla da ictimai rəyi çaşdırmaq, cəmiyyətdə dindarlara qarşı fobiya yaratmaq istəyirlər. Ayılın, ey Rafiq Tağılar! Yazılarınız insanlarda (hələ o da oxuyurlarsa) sizə qarşı ikrahdan başqa bir şey oyatmır. Bu qədər primitiv yazılarla siz Qərbə lazım deyilsiniz. Siz Salman Rüşdü olmaq istəsəniz də, alınmayacaq. Çünki analarınız sizin beşiyiniz üzərində lay-lay (la ilıəhə illallah) deyib. Sizdən ateist yazar çıxmaz. Çıxsa-çıxsa, ancaq məqsədli olaraq, dindarlara ləkə atmaq üçün sui-qəsd nəticəsində bıçaqlanma xəbəriniz çıxacaq. Sizdən Qərbin ateist qüvvələri öz mənfur niyyətləri üçün istifadə edir. Siz hələ də ayılmamısınız! Nə qədər ki gec deyil, ayılın! Xalqın qarşısında xəyanətinizi boynunuza alın. Bəlkə də xalq sizi bağışladı.
Sonda isə, heyflər, Qüdrət bəy. Heyf ki, bir ömür sizə simpatiya bəsləmişəm.

  • Yazılıb
  • da (də) 2011 Nov 25