ali/aran agentliyi
FaktXeber.com-un verdiyi məlumata görə, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Rafiq Tağının öldürülməsi iləbağlı "Media forum" saytına açıqlama verib. O, yazıçı-publisist Rafiq Tağının qətlinəmünasibət bildirərkən deyib: “Rafiq Tağı istər jurnalist, istərsədəbaşqa fəaliyyəti iləheç vaxt hakimiyyətlə, dövlət strukturları iləkonflikti olmayan adam idi. İndi nəolub, ona qarşı sui-qəsdi kim edib, niyəedib kimi məsələlər öyrənilməlidir, axtarılmalıdır, tapılmalıdır. Bundan sonra məsələyəqiymət vermək olar”.
“Media forum”un “Necəhesab edirsiniz, bu, ictimai-siyasi qətldir, yoxsa sırf kriminal hadisədir?” sualına PA rəsmisi beləcavab verib: “Vallah, bilmək olmaz. Mən indi buna heç cür qiymət verəbilmərəm. Bu məsələtam aydınlaşmayana, onu bıçaqlayanlar tapılmayana qədər buna qiymət vermək olmaz. Amma mən bunun siyasi, ictimai qətl olmasını düşünmürəm. Rafiq Tağı kiməqarşı ictimai-siyasi fəaliyyət göstərirdi, qəsd edirdi ki, ona qarşı da beləbir qəsd olunsun? İstənilən halda bu, bir kriminaldır. Amma bu kriminalı kimin, niyə, hansı məqsədləetdiyi araşdırılmalıdır, aydınlaşmalıdır. Əvvəla, el arasında beləbir məsəl var, deyərlər ümid bir yerə, güman min yerəgedir. Əlbəttə, bunun ətrafında yüzlərləproqnoz, şərh ola bilər. Xüsusən dəRafiq Tağının özünün, yaxınlarının ayrı-ayrı açıqlamaları, ifadələri olmuşdu. Əlbəttə, bununla bağlı bütün versiyalar yoxlanmalıdır, araşdırılmalıdır. Bunun sabitliyin pozulmasına yönəlmiş addım olmasına gəlincə, Azərbaycanda ictimai-siyasi sabitlik o dərəcədəkövrək deyil ki, bir adamı qətləyetirməklə, yaxud ona sui-qəsd etməkləsabitliyi pozmaq mümkün olsun. Azərbaycan hakimiyyəti, cəmiyyəti ölkədəki sabitliyi kifayət qədər möhkəm təməllər üzərindəbərqərar edib, yaradıb. Rafiq Tağıya qarşı edilən sui-qəsd ayrı-ayrı şəxslərin qisas məqsədi vəya başqa məqsədlərləetdiyi hərəkət dəola bilər. Bütün bunları istintaqın sonunda biləcəyik.
Hakimiyyət kimliyindən, hansı vəzifəvəmövqe tutmasından asılı olmayaraq, istənilən vətəndaşa qarşı törədilən qəsdin, terrorun, kiməsəqarşı edilən xuliqanlıq hərəkətinin açılmasında maraqlı olub vəbunu təmin edib. Amma konkret olaraq Rafiq Tağıyla bağlı işi fərdiləşdirmirik”.