Tarix : 2011 Nov 26
Kod 26828

Övladlar dövrün hakiminə bənzər

Azərbaycan Respublikasında son dövrlər qətl-qarət, basqın, şəxsiyyətə təcavüz hallarının artması obyektiv amillərlə bağlıdır
well/Aran agentliyi

Azərbaycan Respublikasında son dövrlər qətl-qarət, basqın, şəxsiyyətə təcavüz hallarının artması obyektiv amillərlə bağlıdır. İstənilən cəmiyyətdə bir hadisə kütləviləşirsə, onun səbəblərini həmin cəmiyyətin daxilində axtarmaq lazımdır.

Az olmur ki, təhqir, cinayət, zorakılıq, terror adlandırdığımız hadisələrin arxasında tapdanmış haqq-həqiqət dayanır. Terrorla qlobal mübarizə kimi adlar altında insan haqlarının vəhşicəsinə tapdanması halları da yetərincədir. Bunu Avropa Şurasının İnsan Haqları üzrə komissarı Tomas Hammerberq iddia edir. O, ABŞ-ın 10 il ərzində "terrorla qlobal mübarizə" kampaniyasını cinayət adlandırır. Hammerberq həmçinin Avropa ölkələrini ABŞ-ın hərbi cinayətlərinə kömək etməkdə günahlandırır. Hammerberq bildirib ki, bu cinayətlər çox incəliklə ört-basdır edilib. İsveçrəli siyasətçi Dik Marti də terrorla mübarizə istiqamətində ABŞ-ın təcridxanalar yaratmasına və uçuşlar keçirməsinə dəstək verdiklərinə görə 14 Avropa ölkəsini cinayətkar adlandırır.

Biz Azərbaycan hökuməti haqqında bu sözləri deyə bilmərik. Mövcud rejim ABŞ-ın cinayətlərini yalnız öz xalqı üzərində tətbiq etməyə qadirdir. Amnesty İnternational Beynəlxalq İnsan Haqlarını Müdafiə Təşkilatının Azərbaycanda əsas azadlıqların vəziyyətindən bəhs edən xüsusi hesabatını “Çiçəklər açmayan bahar: Azərbaycanda cilovlanmış azadlıqlar” adlandırıb. Bu hesabatda ölkədə baş verən etiraz aksiyalarında həbs olunanların durumundan bəhs edilir və beynəlxalq ictimaiyyət neft zəngini olan Azərbaycanda insan haqlarının pozulmasına göz yummamağa çağırılır.

Sənədə görə hakimiyyətin sistematik məhdudiyyətlərinə baxmayaraq, Azərbaycanda gənclər özlərinin toplaşma və ifadə azadlıqlarından istifadə etməyə yollar tapmağa çalışırlar: “Dissidentlərin təqiblərlə üz-üzə qaldıqları bir vaxtda internet azad sözün tək sığınacaq yerinə çevrilib.

Dövlət televiziyası Facebook şəbəkəsindən istifadə edənləri ruhi xəstələr kimi təsvir edən verilişlər yayır. Azərbaycanda küçədə “Azadlıq” şüarı səsləndirənə 10 gün həbs cəzası verilə bilər. Başqalarını da bu şüarı səsləndirməyə cəlb etmək isə ömrünün üç ilini həbsdə keçirməyə gətirib çıxara bilər” – deyə sənəddə qeyd olunur.

Bəs haqları pozulmuş insanlar nə etməlidir? Azərbaycan Konstitusuyasının 106-cı maddəsinə əsasən, Azərbaycan Respublikası Prezidentinin toxunulmazlıq hüququ var. Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqəti qanunla qorunur.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən:

120.2.12. milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə.

Sual olunur: MTN-nin təcridxanasında öldürülən Azərbaycan İslam Partiyasının fəalı Kəblağa Quliyevin yaxınları nə etməlidir? Deyirlər K. Quliyev xəstə olub. Soruşan yoxdur ki, bu insan MTN-də olmasaydı bu hadisə baş verəcəkdi, yoxsa yox?

129.1. Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzunsürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən sağlamlığa ağır zərər vurma.

Sual olunur: Peyğəmbərin təhqiri səmimi dindarda ruhi həyəcan yaratmaya bilərmi?

Maddə 148. Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma.

-şərti maliyyə vahidi məbləğinin üç yüz mislindən min mislinədək miqdarda cərimə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Demək, Azərbaycan dövləti Peyğəmbərin (şəxsiyyətin) təhqirindən qazanc götürür! Peyğəmbər təhqir olunduqca dövlət büdcəsi dolur.

Maddə 167. Dini ayinləri icra etməyə mane olma.

-şərti maliyyə vahidi məbləğinin yüz mislindən beş yüz mislinədək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Kor-kor, gör-gör, Azərbaycanda dini ayinlərin (xüsusilə məhərrəm ayında) keçirilməsinə maneçilik törədilmirmi?

Maddə 292. Qanunsuz olaraq tutma, həbsə alma və ya həbsdə saxlama

-292.1. Bilə-bilə qanunsuz tutma

-üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

292.2. Bilə-bilə qanunsuz həbsə alma və ya həbsdə saxlama

-iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

292.3. Bu Məcəllənin 292.1 və ya 292.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda

-dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Bu qədər siyasi məhbusu şərləyib tutan hakimiyyəti kim cəzalandırsın?

Maddə 323. Azərbaycan Respublikası Prezidentinin şərəf və layaqətini ləkələmə və ya alçaltma

323.1. Azərbaycan dövlətinin başçısının Azərbaycan Respublikası Prezidentinin şərəf və layaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində ləkələmə və ya alçaltma

-şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

323.2. Eyni əməllər ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə törədildikdə

-iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Son sual: Bütün bu cəzaların yerinə yetirilmədiyi ölkənin vətəndaşı nə etməlidir? Onun din qardaşı MTN-nin təcridxanasında öldürülüb, İslam müqəddəsliklərinin təhqiri onda ruhi həyacan yaradıb, ona Aşura əzadarlığında səsini çıxarmağa icazə vermirlər, onun daxil olduğu dini kəsimin ən fəal və pak insanlarını şərləyib tuturlar... O nə etməlidir?

Vətəndaş öz fitri meyllərinin təsiri altında hərəkət edir. Əvvəla görür ki, bu ölkədə qanunlar dövlət başçısını Allah və Onun rəsulundan yuxarı tutur. Dövlət başçısına qarşı çıxan şəxs şərlənib həbs edilir, Peyğəmbəri təhqir edən şəxs himayə olunur.

Ağ Ev dünya məzlumlarına qan uddurur. Bakı hökuməti onun kiçik modelidir – öz vətəndaşlarına gücü çatır. Dünya boyu şeytanpərəstlərin maliyə yardımı, təşviqi, xeyir-duası ilə dinlər, peyğəmbərlər, müqəddəsliklər təhqir edilir... və qanunun susduğunu görən inanclı insan ruhi həyəcan vəziyyətində addım atır – insan haqlarını sakitcə tapdayan dövlətdən fərqli olaraq həyəcan içində!

P.S. Dini dəyərlərin təhqirini özünə həyat məqsədi seçmiş Rafiq Tağı bıçaqlanıb. Amma bundan öncə milyonlarla insanın qəlbini bıçaqlayıb və hakimiyyətə sığınıb. Rafiq Tağı kimin atası haqqında eyni sözləri işlətsə həmin adamın affekt yaşaması qaçılmazdır. Rafiq Tağı “tualetdən gələn azan səsi” yerinə “tualetdən gələn himn səsi” ya ulu filankəsin səsi desəydi bıçaqlanmazdı, amma mərhum Elmar Hüseynov kimi ağzına silah açılardı!

Babək Təbrizli

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Nov 26