Tarix : 2011 Nov 26
Kod 26831

Ayətullah Mələkuti Azərbaycanda İslamın təbliğinə qadağanı qınadı

Həzrət Ayətullah Mələkuti beynəlxalq sionizmdən ilham alınaraq, Azərbaycan Respublikası Parlamentində İslam dininin təbliğ edilməsinə qarşı qadağanın tətbiq edilməsini pislədi
well/Aran agentliyi

Həzrət Ayətullah Mələkuti beynəlxalq sionizmdən ilham alınaraq, Azərbaycan Respublikası Parlamentində İslam dininin təbliğ edilməsinə qarşı qadağanın tətbiq edilməsini pislədi.

Həzrət Ayətullah Müslim Mələkuti dini elmlər dərsinin əvvəlində əlaqədar qurum və orqanların Azərbaycan Respublikası Parlamentinin İslam dininin təbliğini qadağan edən son qərarı müqabilində sükut etmələrindən təəssüfləndiyini bildirərək, bu hadisəni böyük faciə adlandırdı.

Ayətullah Mələkuti Azərbaycan Respublikasında dinin təbliğ edilməsinə və orta məktəblərdə hicabdan istifadəyə qadağaların tətbiqini Azərbaycan Respublikası müsəlmanlarına böyük xəyanət adlandırıb və deyib: Azərbaycanın tarixi və bu diyarın qeyrətli xalqının keçmişi sübut edir ki, uzun illər qaniçən və zalım kommunizm rejimi qarşısında müqavimət göstərən, o qaranlıq dövrdə müqəddəs İslam dini və Əhli-Beyt(ə) məktəbini bütün varlığı ilə qoruyan bu xalq şeytani səylər qarşısında müqavimət göstərməyə qadirdir və Azərbaycan Respublikası rəsmiləri yaxşı olar ki, bu diyarın müsəlman xalqının keçmişinə və tarixinə diqqətlə nəzər salsınlar və öz düşünülməmiş hərəkətlərinin mənasız olduğunu başa düşsünlər. Keçmişdən ibrət alaraq, müsəlman xalqın qəzəbinə tuş gəlməsinlər.

Qeyd etmək lazımdır ki, son zamanlar Azərbaycan Respublikası Parlamenti "xarici missionerlərin və xarici ölkələrdə dini təhsil almış ruhanilərin təbliğini məhdudlaşdırmaq" adı altında praktiki olaraq İslam dininin təbliğini qadağan edən bir qanun qəbul etdi. Bu qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyası, din, vicdan və etiqad azadlıqları ilə daban-dabana ziddir 

  • Yazılıb
  • da (də) 2011 Nov 26