well/Aran agentliyi
İslamazeri.az internet qəzetinin müxbirinin verdiyi xəbərə görə, bu gün ilahiyyatçı Hacı Tale Bağırov və Elşən Abbasovun məhkəmə prosesi şahidlərin iştirak etmədiyinə görə təxirə salınıb.
Hicab aksiyasında həbs olunan Tale B. və Elşən A.-nın vəkilləridə məhkəmədə iştirak etməyib.
Dövlət ittihamçısı məhbusların müdafiəçilərinin məhkəməyə gəlmədiklərinə görə məhkəminin təxirə salınmasını istəyib.
Hakim Turqay Hüseynov məhbusların razılığı ilə növbəti məhkəmə prosesini dekabr ayının 2-si saat 11:00-a təxirə salıb.
Xatırladaq ki, “Hicab Azadlıq” aksiyası bu il mayın 6-da Təhsil Nazirliyi qarşısında keçirilib. Aksiya ilə bağlı Bakı Şəhər Prokurorluğunda iş açılıb. İstintaq qrupunun rəhbəri Bakı Şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat idarəsinin rəisi Nazim İsmayılovdur.Ruhani Tale Bağırov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2-ci maddəsi ilə (Bir qrup şəxs tərəfindən xuliqanlıq) və 233-cü maddəsi ilə (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), (3 ilə qədər həbs) ittiham olunur. Həbs edildikdən sonra Hacı Tale barəsində əvvəlcə 15 sutka, daha sonra isə 2 aylıq həbs qətimkan tədbiri seçilib və Kürdəxanı təcridxanasına göndərilib.