Məhərrəm ayının yaxınlaşması ilə Azərbaycan Respublikası polisi Gəncə şəhər Qazaxlar məscidində əzadarlıq simvolları olan zəncir, geyim və bir sıra əşyaları müsadirə edib
well/Aran agentliyi
Məhərrəm ayının yaxınlaşması ilə Azərbaycan Respublikası polisi Gəncə şəhər Qazaxlar məscidində əzadarlıq simvolları olan zəncir, geyim və bir sıra əşyaları müsadirə edib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Gəncə polisi Qazaxlar məscidinə hücum edərək Məhərrəm ayı simvolları olan əşyaları, paltar, zəncir və digər əşyaları müsadirə edib.
Qazaxlar məscidinin rəhbəri Hacı Rahil Kərbəlayi polisin bu müsadirə əməliyyatını zülm və düşmənçilik adlandırıb.
Bir neçə gün bundan əvvəl də Gəncə şəhərində polis işçiləri bir mənzilə soxularaq Qədir Xum bayramı münasibəti ilə bir araya toplaşan dindarlardan 30 nəfərini həbs etmişdi. Polis hətta bu şəxslərə bayram mərasiminin başa çatmasına belə icazə verməmişdi.
Qeyd edək ki, Azərbaycan Respublikasının 99%-ni müsəlmanlar təşkil edir. Bu müsəlmanların 96%-i isə şiələrdir. Amma bununla belə bu ölkədə dindarlara qarşı təzyiqlər günü-gündən şiddətlənir.