Tarix : 2011 Nov 26
Kod 26837

Bu çox sevindirici haldır ki, Azərbaycan diasporu Rusiya cəmiyyətinə uğurla inteqrasiya edib”

Rəsmi Bakının nüfuzlu fiquru Rusiya ilə münasibətləri Azərbaycan Respublikasının xarici siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olduğunu vurğulayıb
well/Aran agentliyi

 

 

Rəsmi Bakının nüfuzlu fiquru Rusiya ilə münasibətləri Azərbaycan Respublikasının xarici siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olduğunu vurğulayıb".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ümumrusiya Azərbaycan Konqresinin Moskvada keçirilən III Qurultayında çıxışında deyib : " Heydər Əliyev və Vladimir Putin bu münasibətlərin normallaşması, inkişafı və möhkəmləndirilməsi üçün möhkəm təməl yaradıblar və İndiki dövlət başçıları Dmitri Medvedev və İlham Əliyev isə bu xətti səmərəli şəkildə davam etdirirlər."

Ramiz Mehdiyev əlavə edib :" Biz Qəbələ RLS-in statusu və istismar şərtləri, Xəzər dənizinin statusu və dövlət sərhədi kimi məsələlərdə razılığa nail olmuşuq. Rusiya Azərbaycanın bu cür saziş bağladığı ilk ölkədir".

R. Mehdiyev deyib : "Bu çox sevindirici haldır ki, Azərbaycan diasporu Rusiya cəmiyyətinə uğurla inteqrasiya edib".

  • Yazılıb
  • da (də) 2011 Nov 26