Tarix : 2011 Nov 26
Kod 26842

Allahşükür Paşazadə Yerevana gedir

MDB ölkələri Dini Şurasının iclası çərçivəsində noyabrın 28-29-da Yerevanda Cənubi Qafqaz ölkələri və Rusiya dini liderlərinin görüşü keçiriləcək
well/Aran agentliyi

 

MDB ölkələri Dini Şurasının iclası çərçivəsində noyabrın 28-29-da Yerevanda Cənubi Qafqaz ölkələri və Rusiya dini liderlərinin görüşü keçiriləcək.

Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə də iştirak edəcək, bu barədə Turana məlumatlı mənbə bildirib. Lakin QMİ-nin mətbuat xidməti şərh verməkdən imtina edib.

Eyni zamanda, bütün Gürcüstanın Patriarxı II İliya görüşə getməyəcək, bu barədə KİV-ə onun müşaviri Zurab Abaşidze bildirib.

Qeyd edək ki, yuxarıda adı çəkilən xadimlərlə yanaşı, MDB-nin yəhudi və buddist konfessiyalarının liderləri də MDB Dini Şurasının üzvləridir.

Xatırladaq ki, ötən il Bakıda keçirilən analoji tədbirə erməni katolikoslarının dini lideri II Qaregin də gəlmişdi və o, prezident İlham Əliyev tərəfindən qəbul edilmişdi.

 

  • Yazılıb
  • da (də) 2011 Nov 26