Bayraqlar ilk öncə müqəddəs Qum şəhərinə gətiriləcək, İslam Alimləri və bir sıra inancllar tərəfindən təbərrük edildikdən sonra Azərbaycan Xalqına hədiyyə olaraq göndəriləcək
well/Aran agentliyi
Bayraqlar ilk öncə müqəddəs Qum şəhərinə gətiriləcək, İslam Alimləri və bir sıra inancllar tərəfindən təbərrük edildikdən sonra Azərbaycan Xalqına hədiyyə olaraq göndəriləcək.
İmam Hüseyn və Əbülfəzlin bayraqları Azərbaycana gətirilirBu gün İslam Ümmətinin İmamı, Azadlıq Rəmzi, Şəhidlər Ağası İmam Hüseyn və Vilayət Tabeçisi, Vəfadarlıq Nümunəsi Əbülfəzlil Əbbas həzrətlərinin müqəddəs məqbərələri üzərində sancılmış İslam Bayraqları hərəmin xadimləri tərəfindən yenisi ilə əvəz edildi.
Hər neçə ildən bir yenisi ilə əvəz edilən bayraqlar İslam Dünyasının müxtəlif ölkələrinin müsəlman xalqına ihtaf edilir. Bu il bu şərəf Əhli Beyt məmləkəti olan Azərbaycan Xalqına nəsib oldu.
Qeyd edək ki, Bayraqlar ilk öncə müqəddəs Qum şəhərinə gətiriləcək, İslam Alimləri və bir sıra inancllar tərəfindən təbərrük edildikdən sonra Azərbaycan Xalqına hədiyyə olaraq göndəriləcək.
Xatırladaq ki, iki il öncə bu müqəddəs Bayraqlar Livanın Hizbullah Xalq Hərəkatına İhtaf edilmişdir.
abna.ir