well/Aran agentliyi
Qalx ayağa Azərbaycan Məhərrəm ayı gəldi. Qalx çoşsun qəlbindəki Allah eşqi, şəhidlik arzusu. Qalx ey, müsəlman Həzrəti Hüseynin (ə) haqq yolunda şəhid oldu. O Həzrət bizlərə şəhidlik məktəbini öyrətdi, çihadı İsalmı qorumaq üçün bizlərə vasitə qoydu. Zülmün köksünə qılınc vurmağı öyrətdi. Şəhadətə yetişməyi anlatdı.
Qalx ey, Azərbaycan budur gəlir Kərbəla yolundan Hüseyninin (ə) bayrağı. Qarşıla, andını iç , əhdini bağla və toplan İmamın bayrağı altında və göstər Allah sevgini, inancını. Azərbaycan müsəlmanı, sənə zülm edənə dur de, bağır dünya ya müsəlman olduğunu, haqlı olduğunu söylə. Al, İmamın bayrağını əsdir məmləkətində, göstər haqqı tağutlara. Al, zülmün əlindən dinini, dindarını. Səslənin İslama, cihada. Birləşin, Allahın ayı məhərrəmdə birlilk ordusu olun. Hüseyn (ə) ordusu olun Yezid qoşununa qarşı.
Müsibətlər yaşayan Azərbaycan möminləri toplanın Aşuradır. İmamın (ə) şəhadətə qovuşdu, haqqa yol açdı. Bu gün meydan sizindir Hüseyn (ə) davamçıları. Dininə sadiqliyi ilə, Allaha olan əhdi ilə düşməni qorxuya salan azərbaycanlı mömin çəkinmə ki, təksən. Sənin Allahın , İmamın (ə) səninlədir.
Ey, müsəlman övladları çağrı edin, Hüseynin (ə) ordusuna qoşulun. Çəkinməyin kafirlərin qurduğu hiylədən , düşməyin onların toruna. Diqqətlə baxın İslam düşmənlərinin müsəlman qarşısında necə qorxaq, necə çarəsiz olduğuna. Onlar qəlblərini şeytana satan zamandan məğlub olublar. Onlar qarşınızda bağıran acizlərdirlər. Bundan başqa edə biləcəkləri yoxdur. Onların vasitəsilə Azərbaycanda İslam bir daha möhrünü vuracaq və sübut olunacaq ki, bu xalqın dini, güvəndiyi Allahı var.
Çağrı, Aşuraya çağrı edin. Sancın haqqın bayrağını zülmün bağrına. Həzrəti Hüseyinə(ə ) layiqli əsgər olun və onun davamçısı olduğunuzu göstərin. Zalımın zülmü varsa, möminin Allahı var. Aşuraya dəvət edin hər kəsi.
İSLAMTİMES - ZEYNƏB