Tarix : 2011 Nov 27
Kod 26865

Azərbaycan Respublikasında İslam dininin təbliğ olunmasını qadağan edən qanun layihəsinin qəbulu ...

Şərqi Azərbaycan Ədliyə rəisi dedi: Azərbaycan Respublikasında İslam dininin təbliğ olunmasını qadağan edən qanun layihəsinin qəbul edilməsi təəssüfedici və utandırıcıdır
well/Aran agentliyi

 

Şərqi Azərbaycan Ədliyə rəisi dedi: Azərbaycan Respublikasında İslam dininin təbliğ olunmasını qadağan edən qanun layihəsinin qəbul edilməsi təəssüfedici və utandırıcıdır.

"Arannews"in  verdiyi məlumata əsasən, höccətül-islam vəl-müslimin Malik Əjdər Şərifi şənbə günü İRNA müxbirlərinə verdiyi müsahibəsində dedi: "Əhalisini şiə müsəlmanlarını təşkil edən bir ölkənin belə bir qanun qoyması, çox təəccüblüdür".

O, artırdı: "İslam əleyhinə olan belə bir qanunun AR milli məclisi tərəfindən qəbul edilməsi məclis nümayəndələrinin ölkənin müsəlman xalqının həqiqi nümayəndəsi olmamasını göstərir. Çox utandırıcıdır ki, bu nümayəndələr sionistlərin nümayəndəsinə çevriliblər".

Şərifi keçən il AR-da orta məktəblərdə və digər təhsil ocaqlarında hicabın qadağan edilməsinə işarə edərək dedi: "Bu məsələ ABŞ və sionist rejimin bu İslam ölkəsinə həddən artıq nüfuz etməsini və öz istədikləri qanunun ölkədə qəbul və icra etdirə bilməsini göstərir".

O, AR-da müsəlmanların və əhli-beyt (ə) sevərlərin bu anti-İslam qanunun icrasına razı olmayacaqlarını bəyan edərək dedi: "Şübhəsiz, bu xalq dövlət adamlarına öz güclü və qəti cavabını verəcəklər".

Malik Əjdər Şərifi regionda baş verən islami oyanışa işarə edərək, regionda baş verən hadisələri Azərbaycan rəsmiləri üçün ibrət dərsi adlandırdı və artırdı: "Bu ölkənin rəsmiləri islami məsələlərə diqqətlə yanaşmadıqları surətdə gərək onun acı aqibətinin intizarında olsunlar".

Şərifi daha sonra artırdı: "AR-da yaranmış bu məsələ dünya istikbarının, başlıca olaraq ABŞ və sionist rejimin islami oyanışdan bərk qorxuya düşdüklərini göstərir".

  • Yazılıb
  • da (də) 2011 Nov 27