Tarix : 2011 Nov 27
Kod 26870

''Muxtarnamə'' serialı Səhər kanalının efirində

Azərbaycanca dublyaj olunmuş ''Muxtarnamə'' serialı məhərrəm ayının 2-ci günündən Beynəlxalq Səhər telekanalının Azəri televiziyası vasitəsi ilə yayımlanacaq
well/Aran agentliyi

 

Azərbaycanca dublyaj olunmuş "Muxtarnamə" serialı məhərrəm ayının 2-ci günündən Beynəlxalq Səhər telekanalının Azəri televiziyası vasitəsi ilə yayımlanacaq.

"Muxtarnamə" serialı Bakı vaxtı ilə hər gecə saat 20:00-da yayımlanacaq.

Bu serial Muxtar Əbu Ubeyd Səqəfinin həyatı və qiyamı ilə əlaqədardır. Serialın rejissoru Davud Mirbaqiridir.

Bu serial Əbu İshaq ləqəbli Muxtar Səqəfinin dastanı əsasında çəkilib. Hadisəyə əsasən Aşura hadisəsindən sonra Muxtar qisas tələbi ilə ayağa qalxır. 40 hissəli serialın hər biri 60 dəqiqədən ibarətdir. Muxtarnamə İran İslam Respublikasının televiziya vasitəsi ilə yayımlanıb.

Muxtarnamə serialının çəkilişinə 2004-cü ildə başlanıb və 2009-cu ilin iyun ayında bu serial tamamlanıb.

Muxtarnamə serialında 110 baş və 400 epizodik rollarda aktyorlar oynayırlar. Bu serial 700 sekansa malikdir. Onun 100 sekansı 5 böyük müharibə ilə əlaqədardır.

Səhər TV

  • Yazılıb
  • da (də) 2011 Nov 27