Tarix : 2011 Nov 27
Kod 26871

''Qərbin islami oyanış ilə bağlı səyləri nəticəsizdir''

İslam İnqilabının Böyük Rəhbəri Qərb dövlətlərinin regionda islami oyanışı yatırmaq və yayındırmağa dair səylərini nəticəsiz adlandırıblar
well/Aran agentliyi

 

Həzrət Ayətullah əl-Üzma Xamenei bu gün ,27 noyabr paytaxt Tehranda ölkənin nümunəvi bəsici qüvvələrindən minlərlə nəfərini qəbulu zamanı vurğulayıblar: Şübhəsiz regiondakı xalqların islami hərəkətləri əbədi olub genişlənməkdədir və xalqların ardıcıl oyanışı ilə beynəlxalq imperializmin əl altıları bir-birinin ardınca meydandan çıxırlar ki, bu da islamın şövkəti və iqtidarının göstəricisidir.

Həzrət Ayətullah əl-Üzma Xamenei vurğulayıblar: Yaxın Şərq regionunda islami oyanış aləmi xüsusilə də ABŞ və Avropanı təsiri altına alıb və yaxı nzamanda dünya xalqları bu cür islami hərəkətlərdən mənşə almış böyük dəyişikliklərin şahidi olacaq.

İslam İnqilabının Böyük Rəhbəri habelə son vaxtlar regionda formalaşan qiyamların mahiyyətin əxüsusilə də Qqrbin bu hərəkətlərin formalaşmasında İranı günahlandırmasına işarə edərək buyurublar: İran qərbin siyasi təşkilatlarının bu böhtanlarını rədd edir və İİR quruluşunun yaşaması ,müqaviməti və sədaqəti öz-özlüyündə xalqlar üçün ilhamverici və istiqamətləndirici olub. Həzrət Ayətullah əl-Üzma Xamenei İran xalqını nötən 32 ildəki inkişafına və müxtəlif böhranlara qalib gəlməsinə toxunaraq vurğulayıblar: İran xalqı bu mədəniyyət təlimlərilə çətin işləri mümkün edəcək və həmin əhval ruhiyyəni davam etdirməklə qəti qələbəyə nail olacaq. İran xalqı sülhsevər bir xalqdır. Lakin hər hansı bir təhdid və təcavüzü tam qüdrətlə və möhkəmliklə cavablandıracaq.- deyə Böyük Rəhbər sözlərinə əlavə ediblər.

İslam İnqilabının Böyük Rəhbəri habelə bəsici, Aşura məktəbi yolunun iftixarlı davamçısı , əbədi yadigar və tarixdə İran xalqının ilhamvericisi və xalqın ürəyindən çıxan və xalq üçün bir hərəkət adlandırıblar. Böyük İnqilab Rəhbəri habelə silahlı qüvvələri ölkə və İran xalqının şərəfi sayaraq vurğulayıblar : İİR ordusunun universitetləri elm və cihad ocağıdır və bu akademiyalarda mənəviyyat ,iman, əqidə və din ətri duyulur.

Həzrət Ayətullah əl-Üzma Xamenei həmçinin bu gün 27 noyabr İİR ordusu akademiyalarının rütbə alan nümunəvi əsgərləri təbrik ediblər.

Böyük İnqilab Rəhbəri habelə İranın müdafiə və İslami cihad sahəsindəki əlilləri və fədakarlarına özlərinin qayğısını göstəriblər.

 

  • Yazılıb
  • da (də) 2011 Nov 27