Tarix : 2011 Nov 27
Kod 26872

Azərbaycan xalqı məhərrəm ayına hazırlıq görür

Məhərrəm ayının gəlib çatması ilə şəhidlər sərvəri Həzrət İmam Hüseyn (ə)-ın Azərbaycan Respublikasındakı aşiqləri bu ölkədə matəm mərasimləri təşkil etmək üçün hazırlaşırlar
well/Aran agentliyi

 

 

Məhərrəm ayının gəlib çatması ilə şəhidlər sərvəri Həzrət İmam Hüseyn (ə)-ın Azərbaycan Respublikasındakı aşiqləri bu ölkədə matəm mərasimləri təşkil etmək üçün hazırlaşırlar.

Bakıdakı müxbirimizin məlumatına görə, əzadar xalq Azərbaycan Respublikasının müxtəlif bölgələrində hər il məhərrəm ayında könüllü şəkildə məscidlər, hüseyniyyələrə toplaşaraq sinə vurur və Hüseyn məktəbinin davam etdirilməsini qeyd edir.

Azərbaycan Respublikası polisinin qadağa və maneələrinə baxmayaraq, məhərrəm ayının mərasimləri möhtəşəm şəkildə keçirilir. Bu il də məhərrəm ayı ərəfəsində Gəncədə bəzi dini fəallar polis şöbələrinə aparılmış və onlara xəbərdarlıq olunub ki, Məhərrəm ayının xüsusi mərasimlərini məscidlərdən kənarda keçirməsinlər. Bu təzyiqlərə baxmayaraq görünür, məhərrəm ayının builki mərasimləri Azərbaycan Respublikasının hər bir yerində, xüsusilə də Bakı, Gəncə və Cəlilabad şəhərləri və Nardaranda əzəmətli şəkildə keçiriləcək.

Azərbaycan Respublikasının əhalisinin 90%-dən çoxunu müsəlmanlar təşkil edirlər.

 

  • Yazılıb
  • da (də) 2011 Nov 27