Hacı Abgül Süleymanov və Hacı Ramin Bayramovun qayınatası olan Hacı Möhsün 2 yalan maddə ilə həbs olunub
well/Aran agentliyi
Hacı Abgül Süleymanov və Hacı Ramin Bayramovun qayınatası olan Hacı Möhsün 2 yalan maddə ilə həbs olunub.
Hacı Abgülün qayınatası həbs edildi11.08.2011-ci il tarixində İsmayıllı rayonunun Lahıc kəndində həbs olunmuş Hacı Abgül Sülüymanovun qayınatası, Bülbülə ağsaqqallar şurasının üzvü, Hacı Möhsün 2 il müddətinə azadlıqdan məhrum edilib.
Xeber44.com-un əldə etdiyi məlumata görə, Hacı Möhsün 2 yalan maddə ilə həbs olunub.
Hacının dolanışıq üçün işlətdiyi daş sexində vergi müfəttişləri yoxlama apararaq, guya vergidən yayınma halları müşahidə ediblər. 3500 cərimə ödəməsinə baxmayaraq Hacı Mövsüm 2 il müddətinə azadlıqdan məhrum edilib.
Lakin Hacı Möhsünün də həbsinin siyasi xarakter daşıdığı düşünülür. Belə ki, 11.08.2011-ci il tarixində İsmayıllı rayonunun Lahıc kəndində həbs olunmuş ilahiyyatçı alim Hacı Abgül Sülüymanov və Nizami metrosunun yaxınlığında 4 mülkü geyimli şəxs tərəfindən saxlanılaraq Milli Təhlükəsizlik Nazirliyinə aparılan İslamazeri.az internet qəzetinin baş redaktoru Ramin Bayramov Hacı Möhsünün yeznələridir.
Hal-hazırda Hacı Möhsünün Bakının Məhəmmədi qəsəbəsindəki həbsxanada saxlanıldığı bildirilir.
Əlavə məlumat olduqda yenilənəcək.
xeber44