well/Aran agentliyi
Hüseyn deyər nəmli gözlər,
Ağlar, sızlar dərdli gözlər.
Həsrət çəkər sevən qəlblər.
Hey səslənər: “Hüseyn ağam“.
***
Haqq sözünü danan namərd
Necə desin: “Hüseyn ağam“.
Haqq yolunda candan keçən
Məzlum ağam, doğru ağam.
***
Doğru, dürüst gördüklərim
Cəm olmuşdur səndə, ağam.
Hər məqamın ucalıqdır
Şəhidliyin şüarımızdır.
***
«İmam Hüseyn» deyən zaman
Sızıldayır yer də, göy də
Həsrətinə dözməyənlər,
Sinə döyüb, göz-yaş tökər.
***
Nicat yolu sənsən, ağam
Sənsiz dünyam keçmir aram.
Görən məni Yaradanım
Qovuşdurar sənə haçan.
***
Peyğəmbərin əziz gülü
Xoş ətirli Hüseyn ağam.
Qızıl gül tək, boyanmışdın
Sən şəhidlik məqamında.
***
«İmam Hüseyn» deyən dillər,
Qoy yayılsın hər diyara.
Yerdə, göydə asimanda
«Hüseyn» deyir mələklər də.
Zeynəb Aslanova/deyerler.