Tarix : 2011 Nov 29
Kod 26892

Qarabağ Azadlıq Təşkilatı Allahşükür Paşazadəni sərt tənqid edib

Qarabağ Azadlıq Təşkilatı (QAT) Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin Ermənistana səfəri ilə bağlı bəyanat yayıb
well/Aran agentliyi

Qarabağ Azadlıq Təşkilatı (QAT) Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin Ermənistana səfəri ilə bağlı bəyanat yayıb. QAT-ın mətbuat xidmətindən verilən bəyanatda şeyxülislamın ünvanına sərt ifadələr işlədilib: “Allahşükür Paşazadənin Ermənistana səfər edərək erməni katolikosu II Qareginin hüzuruna getməsini qətiyyətlə pisləyirik. Erməni kilsəsi və katolikosu Azərbaycana qarşı işğal və terror siyasətinin ilhamçısı, ideya rəhbəri, Xocalı soyqırımı, Qaradağlı, Meşəli, Malıbəyli, Ağdaban qətliamlarının təşkilatçısıdır. On minlərlə azərbaycanlının qanına baiskar məhz erməni kilsəsidir. Allahşükür Paşazadənin bunları bilə-bilə erməni katolikosunun hüzuruna getməsinə heç bir bəraət yoxdur. Demək olar ki, hər gün cəbhədə əsgərlərimiz erməni gülləsinə tuş gəlir, 2 gün əvvəl daha bir əsgərimiz qətlə yetirilib”.

A. Paşazadənin Ermənistana getməsini qətiyyətlə pisləyən təşkilatın bəyanatında “o, gərək heç olmazsa, gürcü patriarxından nümunə götürüb bu səfərə getməyəydi” deyə, qeyd olunub.

“Qurani-Kərim”dən sitat gətirilən bəyanatda şeyxülislamın ünvanına sərt ifadələr də var.

 Apa

  

  • Yazılıb
  • da (də) 2011 Nov 29