Tarix : 2011 Nov 29
Kod 26893

Şəhid ailələri piket keçirirlər

Bu barədə milaz.info portalına iddiaçının nümayəndəsi Telman Əbilov məlumat verib
well/Aran agentliyi

Bu gün Binəqədi rayon məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə hərbi əməliyyatlar zamanı itkin düşən və məhkəmə qaydasında ölmüş elan olunan şəhid Qurbanov Cavid Adil oğlunun varisi Qurbanov Adil Edil oğluna "Hərbi qulluqçuların dövlət, icbari, şəxsi sığortası haqqında" qanuna əsasən sığorta məbləğinin ödənilməsi üzrə mülki işin növbəti baxış iclası keçirilib. Bu barədə milaz.info portalına iddiaçının nümayəndəsi Telman Əbilov məlumat verib.

Açıq keçirilən məhkəmə iclasında 20-yə yaxın şəhid ailəsi iştirak etmək istəyib. Lakin hakim M.Zeynalov heç bir əsas göstərmədən şəhid ailələlərini məhkəmə zalına buraxmayıb. “Şəhid ailəsinin üzvləri hazırda məhkəmə sədrinin qəbuluna düşmək tələbi ilə məhkəmə binasının qarşısında piket keçirirlər. Son məlumatlara görə, Binəqədir rayon məhkəməsinin sədri Sədrəddin Hacıyev şəhid ailələrini qəbul etməkdən müxtəlif bəhanələrlə yayınır. Halbuki qanunla şəhid ailəsi növbədənkənar və qrafikdənkənar hər bir məmur tərəfindən qəbul edilməlidir”, - deyə T.Əbilov bildirib.

Onun sözlərinə görə, Binəqədi rayon məhkəməsində Mirheydər Zeynalov da daxil olmaqla digər hakimlər (Sevil Məmmədova, Natiq Abbasov, Maarif Kazımov, Tərlan Əkbərov) qanunvericiliyin tələblərini pozaraq şəhid ailələrinə verilən sığorta pulunun ödənilməsinə dair bir neçə qanunsuz məhkəmə qətnamələri çıxarıblar.

"Şəhid ailələri də həmin qanunsuz məhkəmə qətnamələrinə etiraz əlaməti olaraq aksiyalara əl atmaq məcburiyyətində qalıblar. Çünki Dövlət Sığorta Kommersiya Şirkətinin rəhbəri sədri Məmməd Məmmədovun təsiri altında olan Binəqədi rayon məhkəməsi bu barədə ədalətli məhkəmə qətnaməsi qəbul etmək iqtidarında deyil”, - deyə T.Əbilov vurğulayıb.

 

  

  • Yazılıb
  • da (də) 2011 Nov 29