Tarix : 2011 Nov 29
Kod 26894

Azərbaycanın XİN rəhbərinin müavini Tehrana yola düşüb

Xələf Xələfov bazar ertəsi üçtərəfli əməkdaşlığın inkişafı üzrə Azərbaycan, Türkiyə və İranın xüsusi nümayəndələrinin görüşündə iştirak etmək üçün Tehrana yola düşüb
well/Aran agentliyi

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov bazar ertəsi üçtərəfli əməkdaşlığın inkişafı üzrə Azərbaycan, Türkiyə və İranın xüsusi nümayəndələrinin görüşündə iştirak etmək üçün Tehrana yola düşüb. Müzakirələrin əsas mövzusu üç ölkənin XİN rəhbərlərinin Naxçıvanda keçiriləcək görüşünün gündəliyinə salınacaq mövzuları müzakirə etməkdir.

"Üç ölkənin - Azərbaycan, Türkiyə və İranın XİN rəhbərlərinin görüşü artıq ənənəvi xarakter daşıyır. Növbəti görüş Naxçıvanda keçiriləcək, onun tarixi razılaşdırılır", - Xələfov Xəzər ötən şənbə Astanada bildirmişdi.

XİN rəhbərlərinin bundan əvvəlki görüşü apreldə İranın Urmiya şəhərində keçirilib.

Trend

 

  

  • Yazılıb
  • da (də) 2011 Nov 29