Tarix : 2011 Nov 29
Kod 26898

Özünü ziyalı sayan insanların əsassız ittihamları vəziyyəti gərginləşdirə bilər - Mirzə Xəzər

Almaniyada yaşayan jurnalist Mirzə Xəzər mürtəd yazıçı Rafiq Tağının ölümünə münasibət bildirib
well/Aran agentliyi

Almaniyada yaşayan jurnalist Mirzə Xəzər mürtəd yazıçı Rafiq Tağının ölümünə münasibət bildirib.

 "Media forum" saytına açıqlamasında Mirzə Xəzər deyib: Rafiq Tağının qatilinin kimliyi və qətlin səbəbi hələ qəti məlum deyil. Qatilin kimliyi hələ qəti məlum deyilsə, heç bir əsas olmadan kimlərisə təqsirləndirmək düzgün hərəkət deyil. Və xüsusilə özünü ziyalı və qələm sahibi sayan insanların bu cür əsassız ittihamlarla çıxış etməsi vəziyyəti yalnız gərginləşdirə bilər.

Mirzə Xəzər qeyd edib ki, Azərbaycanda son vaxtlarda dinə, məscidlərə qarşı siyasətin sərtləşməsini, dindarların həbs edilməsini, hicabın qadağan edilməsini, dövlətin dini fəaliyyəti məhdudlaşdırmasını təəssüf hissi ilə izləyir: "Bu yanlış siyasətin müəllifləri və icraçıları SSRİ-nin mövcud olduğu 70 il ərzində kommunist hakimiyyətinin dinə qarşı savaşının puça çıxdığını unutmamalıdır. Sovet hakimiyyəti inzibati-cəza orqanlarından dinə qarşı istifadə etməsinə baxmayaraq dini şüurlardan silib kommunist ideologiyasını insanların beyinlərinə yeritməkdə nə qədər aciz olduğunu bu gün Prezident Administrasiyasında əyləşib ideoloji xətti müəyyən edən keçmiş kommunistlər yaxşı bilirlər.

Dinə və dindarlara qarşı mübarizə aparmaq xoşagəlməz nəticələr verəcək və artıq verməyə başlayıb. Dindarlar arasında hakimiyyətdən narazılığın güclənməsi buna misal göstərilə bilər.

Jurnalist deyib ki, dindən başı çıxmayanın, dinin əsasları ilə tanış olmayanın, dini dünyagörüşü dar və biliyi səthi olan kimsələrin din mövzusundan uzaq durmasını məsləhət görür: "Din həssas mövzudur. Bunu həm hakimiyyətdə olanlar bilməlidir, həm də özünü qələm sahibi adlandıranlar".

 

  

  • Yazılıb
  • da (də) 2011 Nov 29