Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə bazar ertəsi MDB Dinlərarası Şurasının Rəyasət Heyətinin iclasında iştirak etmək üçün Ermənistana gedib
well/Aran agentliyi
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə bazar ertəsi MDB Dinlərarası Şurasının Rəyasət Heyətinin iclasında iştirak etmək üçün Ermənistana gedib.
Noyabrın 29-dək davam edəcək Yerevan toplantısı çərçivəsində Allahşüküür Paşazadənin, Moskva və bütün Rusiyanın patriarxı Kirilin katolikos İkinci Qareginlə növbəti üçtərəfli görüşünün keçiriləcəyi gözlənilir.
APA-nın məlumatına görə, Yerevanın "Zvartnots" hava limanında şeyxülislamı bütün ermənilərin katolikosu II Qaregin qarşılayıb.
Toplantıya islam, xristian, iudaizm və buddizm dinlərinin təmsilçiləri dəvət olunub.
İclasın başlanğəcənda Ermənistan prezidenti Serj Sərkisiyan çıxış edib, bildirib ki Qarabağ münaqişəsinin mahiyyətini dini ixtlaf təşkil etmir. Həmçinin qeyd edib ki Qarabağ münaqişəsi Minsk Qrupu çərçivəsində müzakirə edilməlidir. Ermənistan presidenti Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə təşəkkür edib.