Tarix : 2011 Nov 29
Kod 26900

Dini liderlərin İrəvan bəyannaməsi

Bu, insanlara Qarabağ probleminin sülh yolu həll olunacağına ümidlə baxmağa imkan yaradacaq
well/Aran agentliyi

Bütün ermənilərin katalikosu II Qareqin, Moskva və bütün Rusiya patriarxı Kirill və şeyx Hacı Allahşükür Paşazadə İrəvanda keçirilən din xadimlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyinə dair yekun bəyannamə qəbul edib.

Patriarx Kirill jurnalistlərə bildirib ki, tərəflər Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını istəyir. Onun sözlərinə görə, tərəflər vurğulayıb ki, bu münaqişə yalnız beynəlxalq hüquq normaları əsasında həllini tapmalıdır. Patriarx Kirillin sözlərinə görə, bununla əlaqədar onlar ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyəcəklərini bəyan edib: “Biz tərəflərin güc tətbiq etməməsi ilə bağlı danışırıq. Bu, insanlara Qarabağ probleminin sülh yolu həll olunacağına ümidlə baxmağa imkan yaradacaq”. Rusiya Patriarxı xatırladıb ki, daha əvvəl dini liderleri əsir və şəhid olanların cənazələrinin qaytarılması ilə bağlı təşəbbüslə çıxış etmişdilər: “Əgər qan tökülməsi dayandırılsa, onda mənəvi və psixoloji durumda da dəyişiklik olar. Bu da münaqişənin həlli istiqamətində yeni perspektivlər açacaq”.

Xatırladaq ki, Moskva və bütün Rusiya patriarxı Kirill və Hacı Allahşükür Paşazadə İrəvana MDB ölkələrinin Dinlərarası Şurasının ikigünlük Rəyasət Heyətinin iclasında iştirak etmək üçün

 ans

  

  • Yazılıb
  • da (də) 2011 Nov 29