Tarix : 2011 Nov 29
Kod 26902

Azərbaycan Respublikasında Məhərrəm ayına məxsus mərasimlərə başlanılıb

Azərbaycan Respublikası hökuməti tərəfindən dini məhdudiyyətlərin tətbiq edilməsinə rəğmən Məhərrəm ayının birinci ongünlüyü üzrə əzadarlıq ...
well/Aran agentliyi

Azərbaycan Respublikası hökuməti tərəfindən dini məhdudiyyətlərin tətbiq edilməsinə rəğmən Məhərrəm ayının birinci ongünlüyü üzrə əzadarlıq mərasimləri bazar günü gecə Azərbaycan Respublikasında yaşayan iranlılar , Şiələr və İsmət və Paklıq Əhlibeyti(əs.) aşiqlərinin geniş iştirakı ilə bu ölkənin müxtəlif şəhərləri, o cümlədən Bakı, Nardaran və Maştağa şəhərlərinin məscidlərində, hüseyniyyələrində və dini məkanlarında keçirilib.

Bu mərasimlər dekabrın altısına İmam Hüseyn(əs.) Aşurası gününə qədər davam edəcək.

Dünən gecə Məhərrəm ayının ilk gecəsində Azərbaycan Respublikası müsəlmanlarından olan geniş sayda əhali habelə bu ölkədə yaşayan iranlıların iştirakı ilə Bakıda iranlıların hüseyniyyəsində əzadarlıq və sinə-vurma mərasimləri keçirilib. Bu əza məclisində iştirak edənlər, İmam Hüseyn(əs.)ın məzlumluğunu yad edərək, göz yaşları axıdıblar.

 

  

  • Yazılıb
  • da (də) 2011 Nov 29