Tarix : 2011 Nov 29
Kod 26913

“Hakimiyyətin yalanını ortaya qoyacam”- Müsahibə

“Azərbaycan iqtidarına görə, onsuz da ölkədə hər şey parlaqdır”
well/Aran agentliyi

 

 

Hüquq müdafiəçisi Leyla Yunusla müsahibə

 

- Qış bulvarı ilə əlaqədar olaraq evləri sökülən vətəndaşların vəziyyəti hazırda necədir?

- Mən bu məsələ ilə bağlı məlumatı geniş yazılı şəkildə yazıb mətbuata verəcəm. Azərbaycan iqtidarı beynəlxalq təşkilatlara mülkiyyət hüququ pozulanlarla bağlı cavab göndərib. Mən onların bir neçəsini əldə etmişəm və digərlərini də əldə edəcəm. Bundan sonra həmin cavabları analiz edib, hakimiyyətin yalanını ortaya qoyacam.

 

 

- Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasserin yaxın vaxtlarda Azərbaycana gələcəyi gözlənilir. Necə düşnürsüz, Ştrasserin gəlməyi real ola bilərmi?

- Azərbaycan hakimiyyətində heç vaxt heç nəyi dəqiq demək mümkün deyil ki, bu belə olacaq. Çünki, Azərbaycan iqtidarının qəbul etdiyi qərarlar məntiqdən kənardır. səhər dururlar, başlarına nə gəldi o qərarı da qəbul edirlər. Sözlərinin üstündə durmurlar və qanundan, üzərilərinə götürdükləri öhdəliklərdən çox-çox uzaqdırlar. Ancaq mən onu deyə bilərəm ki, Ştrasserin köməkçiləri yəni onun xüsusi nümayəndələri artıq 2 aydan çoxdur ki, Azərbaycanın insan hüquqları təşkilatları ilə sıx əlaqədədirlər. Mən demək olar ki, hər həftə suallarla dolu məktublar alıram. Bu suallar siyasi məhbuslarla əlaqədardır, ilk olaraq siyahını istəyirlər. Demək olar ki, mən hər gün Ştrasserin ofisinə suallara cavab və siyahılar göndərirəm. Siyahıda hər bir məhbusun adı və soyadı qeyd olunur. Orada təkcə bu ilin siyasi məhbusları yox, eyni zamanda 90-cı illərdə də siyasi əqidəsinə görə həbs olunanların adları var. Bu iş çox vaxt aparır. Ancaq yaxşıdır ki, onlar bu işlə çox dəqiq və ciddi məşğuldurlar.

 

 

- Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbusun olmadığını deyir və Ştrasser də məruzəçi kimi təyin olunduğu vaxtdan bu günə qədər hələ də Azərbaycana gələ bilməyib. Onun Azərbaycana gəlməyi siyasi məhbus məsələsinin həllində hansı rolu oynayacaq?

- Azərbaycan iqtidarına görə, onsuz da ölkədə hər şey parlaqdır. Azərbaycanda siyasi məhbuslar əfsuslar olsun ki, 20 ildir mövcuddur. 2001-ci ildə Azərbaycan Avropa Şurasının üzvü olanda Azərbaycan iqtidarı, Heydər Əliyev qol çəkdi ki, Azərbaycanda siyasi məhbuslar var. Xüsusi öhdəlik kimi Azərbaycan bunu üzərinə götürdü. 20 il keçdi, bu problem qaldı. Bu problem nəinki mövcuddur, demək olar ki, bu il daha da kəskinləşdi. Nəinki siyasi məhbsular, artıq vicdan məhbusları da var. Beynəlxalq komissiya 17 dustağı vicdan məhbusu kimi tanıdı. Bu, demək olar ki, Azərbaycanın müstəqilliyindən bu günə qədər birinci dəfədir belə böyük rəqəm olub. Azərbaycanda siyasi məhbuis var və Azərbaycan Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib. Mən inanmıram ki, Azərbaycanda siyasi məhbus problemi həll olunacaq.

 

 

- Bir müddət əvvəl mətbuatda Prezidentin dekabr ayında əfv fərmanı imzalayacağı və siyasi məhbusların azad olunacağı ilkə bağlı məlumatlar yer almışdı. Bu nə dərəcədə realdır?

- Məndə belə bir məlumat yoxdur. Nə vaxt reallaşarsa, o zaman danışaram. 

qafqazinfo

 

  

  • Yazılıb
  • da (də) 2011 Nov 29