Tarix : 2011 Nov 29
Kod 26921

Bakı yol polisi Hüseynçılərı hədələyib

Bakı şəhər yol polisi avtomobillərdə Məhərrəmlik ayı ilə bağlı reklam yazılarını yerləşdirilənlərı cəzalandıracaq
well/Aran agentliyi

Bakı şəhər yol polisi avtomobillərdə Məhərrəmlik ayı ilə bağlı reklam yazılarını yerləşdirilənlərı cəzalandıracaq .

 Bakı yol polisin yenı təzyiqıBakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bazar ertəsi Trend-ə bildirib ki, nəqliyyat vasitələrində reklam yazılarının yerləşdirilməsi reklam haqqında qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməlidir. Onun sözlərinə görə, avtomobillərdə hər hansı reklamın yerləşdirilməsi yol polisi ilə razılaşdırılmalıdır. Həmin reklamın avtomobildə yerləşdirilməsinə bir il müddətinə icazə verilir.

Əsədov bildirib ki, Məhərrəmlik ayı ilə bağlı avtomobillərdə reklam yazıların verilməsi ilə əlaqədar yol polisinə hələlik müraciət daxil olmayıb.

“Yol polisi əməkdaşları belə yazı olan hər hansı avtomobili aşkar edərsə, həmin avtomobil saxlanılacaq və sürücüdən reklama icazə verən sənəd tələb olunacaq. Əgər belə sənəd olmasa, sürücü və ya avtomobil sahibi inzibati qaydada cəzalandırılacaq və barəsində protokol tərtib olunacaq”, – Əsədov deyib. İdarə sözçüsü bununla əlaqədar sürücülərə müraciət edərək reklam haqqında qanunvericiliyin tələbinə riayət etməyi tövsiyə edir.

Noyabrın 27-də Məhərrəm ayı başlayıb.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurası noyabrın 24-də Məhərrəm ayı ilə bağlı fətva verib. Fətvaya əsasən, 1433-cü ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2011-ci il noyabr ayının 27-nə təsadüf edir. Aşura günü 2011-ci il dekabr ayının 6-dadır.

Merkez.az

  

  • Yazılıb
  • da (də) 2011 Nov 29