Tarix : 2011 Nov 30
Kod 26936

Şeyx İlham Əliyevə münaqişənin həllinə dair məsləhətlər verib

Ötən gün Yerevanda prezident Serj Sarkisyan Azərbaycan, Ermənistan və Rusiyanın dini liderlərini qəbul edib
well/Aran agentliyi

 

 

Ötən gün Yerevanda prezident Serj Sarkisyan Azərbaycan, Ermənistan və Rusiyanın dini liderlərini qəbul edib. Turan xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı prezident regionda sülhün və sabitliyin bərqərarında, Qarabağ münaqişəsinin dinc yolla həllində dini liderlərin rolunu yüksək qiymətləndirib. 
Bununla bağlı Allahşükür Paşazadə qeyd edib ki, sülh istiqamətində atılan istənilən addım artıq böyük nailiyyətdir və o, prezident İlham Əliyevə dəfələrlə deyib ki, müharibə münaqişənin həll yolu ola bilməz. 
Erməni tərəfinin məlumatının həqiqətə nə dərəcədə uyğun olmasına isə şeyx özü aydınlıq gətirəcək. Belə ki, bu gün o, Yerevana səfərinin yekunlarına dair mətbuat konfransı keçirəcək.

  • Yazılıb
  • da (də) 2011 Nov 30