Tarix : 2011 Nov 30
Kod 26944

Məhkəmə İslam Partiyasının Bakı meriyasına qarşı iddiasını təmin etmədi

Noyabrın 29-da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Azərbaycan İslam Partiyasının (AİP) Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərisəzinə baxış keçirilib
well/Aran agentliyi

 

Noyabrın 29-da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Azərbaycan İslam Partiyasının (AİP) Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərisəzinə baxış keçirilib. AİP-dən “Media forum” saytına verilən məlumata görə, hakim Vüsalə Baxışovanın sədrliyi ilə keçirilən iclasda AİP-in iddia ərizəsinə baxılmamış xitam verilib.

Meriya AİP-in oktyabrın 22-də Bakıda keçirmək istədiyi mitinqə yer ayırmaqdan imtina edib. Bu qərarı qanunsuz sayan təşkilat komitəsinin üzvləri - partiyanın sədr əvəzi Elçin Manafov, sədrin birinci müavini İnqilab Əhədli, sədr müavini Rövşən Əhmədov oktyabrın 26-da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə şikayət ediblər.

İddia ərizəsində Bakı Şəhər İcra Hakimiyyətinin sərbəst toplaşmaq azadlığı hüququnu pozduğu vurğulanır, bu qurumdan partiyaya 5000 manat təzminat tutulması və meriyanın üzərinə aksiya üçün münasib yerin ayrılması öhdəliyi qoyulması istənilir.

 

 

 

 

  • Yazılıb
  • da (də) 2011 Nov 30